Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

“Vampir”in əsas xüsusiyyətlərindən biri də budur ki, üzərində olan 40 raketdən əlavə olaraq, yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem

RM-70

  • Ana Səhifə
  • Vikipediya
  • RM-70

“Vampir”in əsas xüsusiyyətlərindən biri də budur ki, üzərində olan 40 raketdən əlavə olaraq, yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raketi qısa bir müddət ərzində düşmənə ata bilir. SSRİ istehsalı olan əfsanəvi 122 mm-lik BM-21 Qradın cəmi 40 raketi mövcuddursa, RM-70 “Vampir”lərin əlavə olaraq 40 raketdə ehtiyatında mövcuddur. Belə ki, əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra həmin hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses cəmi 1 dəqiqə vaxt aparır. Beləliklə “Vampir” qısa bir müddət ərzində (3-4 dəqiqə ərzində) düşmənə 80 raket zərbəsi endirməyə qadir olur və eyni zamanda çevik şəkildə ərazini tərk edərək düşmənin cavab zərbəsindən yayınmış olur. Bir komplekti (40 raket) 70 hektar ərazini məhv etməyə qadirdir.

RM-70
Tipi Reaktiv Yaylım Atəş Sistemi
Ölkə
  •  Çexoslovakiya
İstismar tarixçəsi
İstismar illəri 1972-davam edir
İstismara başlanması 1972
İstifadə edilən döyüşlər Rusiya-Gürcüstan müharibəsi (2008)
Liviya vətəndaş müharibəsi
Yəmən vətəndaş müharibəsi
İstehsal tarixçəsi
İstehsalçı “Excalibur Army” şirkəti
Xüsusiyyətləri
Ağırlığı 33.7 ton
Zireh Polad
Şose sürəti 85 km/s
Köməkçi silah Uk vz. 59 pulemyotu
Uzunluğu 8.75 m
Eni 2.5 m
Hündürlüyü 2.7 m
Ekipaj 6 nəfər
Kalibr 122.4 mm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Salvo atış: 29 saniyə
  • Döyüş vəziyyətinə gətirilməsi vaxtı: 2.5 dəqiqə
  • Yer dəyişmə: 3 dəqiqə
  • Məhv etmə radiusu: 3.5 hektar
  • Bir mərmisinin çəkisi: 66.35 kq
  • Maksimum atəş məsafəsi:20.38 km
  • Hədəfə çatma müddəti: 2.5 dəqiqə

İlk dəfə olaraq Paris ətrafında keçirilən “Eurosatory 2016” silah sərgisində nümayiş etdirilmişdir. RM-70 “Vampir” səkkizoxlu, zirehli, “Tatra”T-818 (8x8) şassisi üzərində quraşdırılmışdır. Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanına malikdir. Bu şassi düz yerdə 85km/saat, qrunt yolda isə 35km/saat sürətlə hərəkət edir.

RM-70 - Çexoslovakiya istehsalı reaktiv yaylım atəş sistemi. BM-21 Qrad raket kompleksinin daha təkmilləşmiş variantıdır. NATO kod adı M1972-dir.

Mündəricat

Variantları

Çexiya və Slovakiya

RM-70 Vampir 4D
LRSV-122 M-96 “Tayfun”
  • RM-70 - Baza modeli.
  • RM-70/85 - RM-70-in zirehsiz variantı. Tatra 815 VPR9 8x8 şassisi üzərində yerləşir. Döyüş çəkisi 26.1 ton olan bu texnika bəzən RM-70M də adlanır.
  • RM-70/85M - Yeni atəşi idarəetmə və naviqasiya sistemi ilə təchiz olunmuş bu variant 36 km məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulmuşdur. Slovakiya bu sistemdən 50 ədəd sifariş vermişdir.
  • RM-70 Modular - 2000-ci ilin dekabrında Slovakiya Müdafiə Nazirliyi və "Delta Defence" şirkəti Almaniya-Slovakiya birgə layihəsinə əsasən RM-70 Modular variantının istehsalı barədə razılığa gəlmişdir. Bu variant M270 MLRS yaylım atəş sisteminin 227 mm-lik raketləri ilə də atəş açmaq qabiliyyətinə sahibdir.
  • Vz.92 "Krizan" VMZ - Tatra T-815 36.265-in şassisi üzərində yerləşən bu variant mühəndis maşını olaraq fəaliyyət göstərir.
  • RM-70 Vampir - Tatra T-815-7 maşınının şassisi üzərində yerləşən bu variant 270 kVt gücü olan Tatra T3C mühərriki ilə təchiz olunmuşdur.

Xorvatiya

  • LRSV-122 M-96 "Tayfun" - Tatra T813 maşınının şassisi üzərində yerləşir. Döyüş çəkisi 23.5 ton təşkil edir. Az sayda istehsal olunmuşdur.

İstifadəçiləri

Dünyadakı RM-70 istifadəçiləri: hal-hazırkı istifadəçilər mavi, keçmiş istifadəçilər isə qırmızı rəngdə göstərilmişdir
Slovakiya ordusuna məxsus olan RM-70
İndoneziya Ordusuna məxsus RM-70 RYAS-ın atəş anı

Cari istifadəçilər

  • Anqola Anqola - 58
  • Azərbaycan Azərbaycan - RM-70 Vampir
  • Kamerun Kamerun
  • Konqo Demokratik Respublikası KDR
  • Ekvador Ekvador - 6 RM-70
  • Finlandiya Finlandiya - 36 RM-70/85
  • Gürcüstan Gürcüstan - 48 RM-70
  • Yunanıstan Yunanıstan - 116 RM-70 (Şərqi Almaniyadan satın alınmışdır)
  • Qana Qana
  • İndoneziya İndoneziya - 9 ədəd 2003-cü ildə satın alınmışdır, 8 yeni RM-70 Vampir variantı 2016-cı ildə alınmışdır
  • Liviya Liviya - 36 (1975-1976-cı illərdə Çexoslovakiyadan satın alınmışdır)
  • Myanma Birma
  • Nigeriya Nigeriya
  • Şimali Koreya KXDR - İkinci əl istifadəçidən bilinməyən sayda satın alınmışdır
  • Polşa Polşa - 30 RM-70/85
  • Ruanda Ruanda - 5
  • Slovakiya Slovakiya - 87 RM-70/85
  • Şri-Lanka Şri Lanka - 30+ RM-70 və RM-70M
  • Uqanda Uqanda
  • Uruqvay Uruqvay - 4 RM-70
  • Zimbabve Zimbabve - 52 RM-70/85

Keçmiş istifadəçilər

  • Bolqarıstan Bolqarıstan - 2009-cu ildə 12 ədəd idxal olunmuşdur (Yenidən ixrac olunmuşdur. Hazırda Bolqarıstan ordusunun silahlanmasında yer almır)
  • Çexiya Çexiya - 60 RM-70 (2011-ci ildə silahlanmadan çıxarılmışdır)
  • Çexoslovakiya Çexoslovakiya
  • Şərqi Almaniya ADR - 265 RM-70 və RM-70M. Almaniya birləşdikdən sonra Yunanıstana satılmışdır.

Həmçinin bax

  • BM-21 Qrad
  • T-122 Sakarya
  • Azərbaycan Respublikası Silahlı Qüvvələri
  • Azərbaycan Quru Qoşunları
  • Reaktiv Yaylım Atəş Sistemi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rm-70 sözünün mənası, rm-70 haqqında məlumat. rm-70 nədir? rm-70 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Britaniya adaları

  • Fevral 27, 2026

    Dorik order

  • Fevral 27, 2026

    Məhəmməd xan

  • Fevral 27, 2026

    Biomühəndislik

  • Mart 01, 2026

    Makalu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst