Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jungermanniidae (lat. Jungermanniidae) — bitkilər aləminin marchantiophyta şöbəsinin jungermanniopsida sinfinə aid bitki yarımsinfi.

Jungermanniidae

  • Ana Səhifə
  • Vikipediya
  • Jungermanniidae

Jungermanniidae (lat. Jungermanniidae) — bitkilər aləminin marchantiophyta şöbəsinin jungermanniopsida sinfinə aid bitki yarımsinfi.

Jungermanniidae
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Setaphyta
Şöbə:
Marchantiophyta
Sinif:
Jungermanniopsida
Yarımsinif:
Jungermanniidae
Beynəlxalq elmi adı
  • Jungermanniidae Engl.
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı
ITIS  14198
NCBI  186782
EOL  2493311

Jungermanniidae ən geniş sıra olub, 20 fəsilə, 200 cins və 5000 növü özündə cəmləşdirir. Bu sıraya iki cərgədə düzülmüş yarpağı və qarın hissəsində bir cərgədə düzülmüş amfiqastrı olan, tam sərilən, yarpaqlı gövdəli formalar daxildir. Metzgerilərin yarpaqlı gövdəli formalarının yarpaqlarından fərqli olaraq Jungermanniidae hər yarpağı iki hüceyrədən əmələ gəlib və böyümə nöqtəsinin yaxınlığında inkişaf edir. Əksər hallarda yarpaqlar iki çıxıntılıdır. Üst tərəfdəki iri çıxıntı yuxarıdakı hüceyrədən, alt tərəfdəki kiçik çıxıntı aşağıdakı hüceyrədən formalaşır. Bəzən alt çıxıntı inkişaf etmir. Jungermanniidae Marchantiophyta mamırları içərisində ən polimorf qrup olub, geniş ekoloji coğrafi amplitudaya malikdir.

Mündəricat

Yayılması

Jungermanniidae əsasən tropik və subtropik vilayətlərin rütubətli ərazilərində, bir hissəsi soyuq iqlimi olan tundrada, bəzi nümayəndələri isə hətta quru vilayətlərdə inkişaf edir. Onların morfoloji quruluşları imkna verir ki, müxtəlif ekoloji şəraitə uyğunlaşsınlar. Ölçüləri bir neçə millimetrdən 6-10 sm-ə qədər çatır. Yarpaqları müxtəlif xüsusiyyətlərə malikdir. Onların assimilyasiya funksiyasını yerinə yetirən yuxarı çıxıntıları dairəvi, yumurtaşəkili, lansetşəkilli, tamkənarlı olurlar. Daşların üzərində həyat tərzi keçirən növlərin yarpaqlarının üzəri hiqroskopik tükcüklərlə örtülü olur ki, bunlar da atmosferin rütubətindən istifadə edir. Alt çıxıntıların funksiyası əsasən suyu qəbul etməyə xidmət edir. Ancaq daşların üzərində yaşayanlar, epifitlər və ya quru şəraitdə yaşayan növlərin quruluşu mürəkkəbdir. Bəzilərində alt çıxıntılar kisə formasını alır, kapilyar prinsipi ilə suyu aktiv qəbul edir. Bəzən bu kisələrdə yosunlar və kiçik su heyvanları inkişaf edir. Bəzi nümayəndələrində isə həmin kisələrdə qapaqlar olur ki, bu da suyun buxarlanmasının qarşısını alır. Qarın pulcuqları - amfiqastrlar gövdələrə sızılaraq suyun udulmasına köməklik göstərir.

Çoxalması

Jungermanniidae anatomik quruluşu çox sadədir. Yarpaqları və amfiqastrlar təkqatlıdır. Gövdələri parenxim hüceyrələrdən ibarətdir.

Cinsi orqanlar əsasən qısalməş yan zoğların üzərində yerləşir. Bu bitkilər ikievli olub, anteridilər böyümə nöqtəsinə yaxın yarpaqların qoltuğunda, arxeqonilər isə təpə hissədə əmələ gəlir. Onlar təpə hüceyrələrindən əmələ gəldiyi üçün nəticədə həmin zoğlar inkişafdan qalır. Uc hissədə olan yarpaqlar toplanaraq arxeqonilərin hamısını örtür ki, bu da perixetsi adlanır.

Ziqotdan sporoqoni əmələ gəlir. Sporoqoninin üzərində rizoidlər formalaşır ki, bu da sporofitin sərbəst qidalanmasını təmin edir. Belə güman edilir ki, mamırkimilərin ilk formalarında sporofit nəsil sərbəst yaşamış, sonradan reduksiyaya uğrayaraq qametofitin hesabına qidalanmışdır. Bu fikir antoserot və yaşıl mamırlarda öz təsdiqini tapır. Qutucuqda sporlar və elaterlər inkişaf edir.

Vegetativ çoxalma yarpaqların kənarında əmələ gələn törəmə tumurcuqları vasitəsilə həyata keçirilir. Bir çox növlərdə törəmə tumurcuqlar ixtisaslaşmış vertikal zoğların üzərində əmələ gəlir.

Bəzi növlərdə isə yan budaqlar qırılaraq substrata düşür və inkişaf edərək ana fərdə oxşar bitkinin əmələ gəlməsinə başlanğıc verir. Jungermanniidae frullaniya (Frullania) cinsinin (F.serrata və F.apiculata) növlərində Yer kürəsinin hər yerində rast gəlinir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, jungermanniidae sözünün mənası, jungermanniidae haqqında məlumat. jungermanniidae nədir? jungermanniidae nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məmməd Qasımov

  • Fevral 23, 2026

    Xədicə Abbasova

  • Fevral 25, 2026

    Tailand

  • Fevral 27, 2026

    Fəxrəddin Manafov

  • Fevral 27, 2026

    Yarvamaa

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst