Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynqul

Növrəs İman

  • Ana Səhifə
  • Vikipediya
  • Növrəs İman

Növrəs İman (13 may 1903, Ağkilsə, Yeni Bəyazid qəzası – XX əsr) — Azərbaycanlı ustad şair, aşıq.

Növrəs İman
İman Məşədi Saleh oğlu
Təxəllüsü Novrəs
Doğum tarixi 13 may 1903(1903-05-13)
Doğum yeri
  • Ağkilsə, Yeni Bəyazid qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi XX əsr
Vəfat yeri bilinmir
Dəfn yeri bilinmir
Uşağı Şahmalı Salahov
Atası Məşədi Saleh
Fəaliyyəti aşıq, şair
Vikimənbənin loqosu Növrəs İman Vikimənbədə

Mündəricat

Həyatı

Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir.

İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.

Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o , xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir. Deyilənlərə görə onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazmış və açılmamış qıfılbəndləri açmışdır.

Kitabları

  • Miskin Vəli, Növrəs İman. İki ustad. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1996, 192 s.
  • Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004.

Ailəsi

Növrəs İmanın Şahmalı Salahov adlı bir oğlu olub.

Şəcərəsi

  • Heydər
    • Əbdüləzim
      • Təhməz
        • Talıbxan
          • Allahverdi
            • Alməmməd kişi
              • Məşədi Saleh
                • Növrəs İman

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, növrəs i̇man sözünün mənası, növrəs i̇man haqqında məlumat. növrəs i̇man nədir? növrəs i̇man nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xəlil

  • Fevral 27, 2026

    Qeybət

  • Mart 01, 2026

    Atarqatis

  • Fevral 27, 2026

    Şvis (kanton)

  • Fevral 23, 2026

    Kəbə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst