Şixəli Dadaşov (10 (23) yanvar 1913, Bakı – 1995, Bakı) — neftçi, SSRİ dövlət mükafatı laueratı
| Şixəli Dadaşov | |
|---|---|
| Şixəli Ələsgər oğlu Dadaşov | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Bakı quberniyası |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı |
| Təhsili |
|
| Partiyası |
|
| Mükafatları | |
Həyatı və təhsili
Şixəli Ələsgər oğlu Dadaşov 10 yanvar 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakıda məşhur olan Dadaşovlar sülaləsindəndir. Hacı Hacıağa Dadaşovun qardaşı Şıxəli Dadaşovun nəvəsidir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
Fəaliyyəti
Əmək fəaliyyətinə
Əmək fəaliyyətinə 1934-cü ildə Bakıda "Əzizbəyovneft"in qazıma kontorunda başlamışdır. 1942-ci ildə Türkmənistan SSR-in neft sənayesində çalışmışdır. 1942-48-ci illərdə "Türkmənneft" tresti qazıma kontorunun baş mühəndisi, 1948-60-cı illərdə "Türkmənneft" birliyinin rəis müavini, 1960-76-cı illərdə rəisi olmuşdur. 1976-78-ci illərdə "Türkmənneft" istehsalat birliyinin baş direktoru vəzifəsində işləmişdir.
Təltif və fəxri adları
- 1951 — SSRİ dövlət mükafatı laueratı
- 1965 — Sosialist Əməyi Qəhrəmanı
- İki dəfə Lenin ordeni
- Oktyabr İnqilabi ordeni
- İki dəfə Qırmızı Əmək Bayrağı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şixəli dadaşov sözünün mənası, şixəli dadaşov haqqında məlumat. şixəli dadaşov nədir? şixəli dadaşov nə deməkdir?