Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində ye

Şunut

  • Ana Səhifə
  • Vikipediya
  • Şunut

Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür.

Şunut dağı
rus. Шунут
Şunut dağı
Şunut dağı
Ümumi məlumatlar
Dağ sistemi Ural
Dağ silsiləsi Orta Ural
Mütləq hündürlüyü 715 m
Nisbi hündürlüyü 70 m
Yerləşməsi
56°31′22″ şm. e. 59°44′18″ ş. u.HGYO
Ölkə  Rusiya
Rayon
  • Sverdlovsk vilayəti
Şunut dağı xəritədə
Şunut dağı
Şunut dağı
Şunut dağı xəritədə
Şunut dağı
Şunut dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır.

Təsviri

Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var. Uzaqdan orta əsr qalasına xatırladır. Massiv qədim kvarsit daşlarından, konqlomeratlardan, kvarsit-qum daşlarından ibarətdir. Dağda çox sayda nadir bitki növü yayılmışdır (Anemone uralensis, Cicerbita uralensis, Avropa meşəçətirotusu, Əsl zöhrəçiçəyi). Cığır silsilənin şərq yamacı boyunca giriş yolundan zirvəyə qədər uzanır. Yaxşı havada dağın zirvəsindən Yekaterinburq şəhərini görəmək olur. Dağ cənub tayqa landşaftı, Avropa qaranlıq iynəyarpaqlı və enliyarpaqlı meşələrin elementləri olan, qayalı səthləri və nadir bitki növləri olan bir geoloji təbii abidədir Dağ zirvəsi və ona bitişik bir sıra qayalar istisna olmaqla, əsasən meşə ilə örtülmüşdür. Qayaların hündürlüyü qərbdən 25-40 metr, şərqdən 60-70 metr, yaşı isə 600 milyon ildən çoxdur. Torpaqların və bitki örtüyünün təbiətinə görə, bu dağ silsiləsinin bitişik torpaqları ilə ərazisi tayqa zonasına, onun cənub alt zonasına aiddir. Meşələr səbəbindən ətrafdan zəif görünür. Ərazini dəqiq bilmədən yerləri tapmaq çətin olur. Şunut dağının zirvəsində məşhur Starik-Kamen qayası var ki, buna da Şunutun Başı deyilir. Mariinsk kənarından çıxan torpaq yol dağa aparır. Şunut yaxınlığında olduqca maraqlı bir tarixə sahib olan Platonid şəfalı bir radon mənbəyi vardır.

Etimologiyası

Mansi dilində şun - "məxluq", Başqırd dilində isə ut - "atəş" deməkdir. Dağ gözətçi məntəqəsi kimi istifadə edilmişdir. Təhlükə olduqda burada siqnal atəşi yandırıldı.

Təbiət abidəsi

1983-cü ildən bəri Nijne-Serqin meşə təsərrüfatının ərazisində 3806 hektar ərazisi olan, Şunut-Kamen dağının ətraf meşələrinidə əhatə edən, Bilimbayev meşə təsərrüfatı Sverdlovsk vilayətinin xüsusi qorunan ərazisi elan edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şunut sözünün mənası, şunut haqqında məlumat. şunut nədir? şunut nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Nüvəcik

  • Fevral 27, 2026

    Orqan (biologiya)

  • Fevral 27, 2026

    Fövqəladə vəziyyət

  • Fevral 27, 2026

    Qüdsi Vənəndi

  • Mart 06, 2026

    Əhmədli (Şəmkir)

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst