Rövşən Hüseyn oğlu İbrahimov (20 avqust 1967, Siyəzən rayonu – 25 fevral 2019, Bakı) — Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (18 may 2018 – 24 fevral 2019).
| Rövşən İbrahimov | |
|---|---|
| |
| 18 may 2018 – 24 fevral 2019 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 20 avqust 1967 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 25 fevral 2019 (51 yaşında) |
| Vəfat yeri | |
| Partiya |
|
| Təhsili |
|
| | |
| Təltifləri | |
Həyatı
Rövşən Hüseyn oğlu İbrahimov 20 avqust 1967-ci ildə Siyəzən rayonunda anadan olub.
1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnmişdir.
1986–1988-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1991-ci ildən "AZNEFT" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestindəiş icraçısı olaraq başlamışdır.
ARDNŞ-də müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışmışdır.
fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "TƏRƏQQİ" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvü idi.
24 fevral 2019-cu ildə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir.
Ailəli idi, 2 övladı var.
Mükafatları
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətinə görə Rövşən İbrahimov "Tərəqqi" medalı ilə tətif edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rövşən i̇brahimov sözünün mənası, rövşən i̇brahimov haqqında məlumat. rövşən i̇brahimov nədir? rövşən i̇brahimov nə deməkdir?
