Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraağac nahiyəsi — Qarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib.

Qaraağac nahiyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraağac nahiyəsi

Qaraağac nahiyəsi — Qarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib.

Mündəricat

Tarixi

F.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi. Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac "Təll Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi" Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn hökmdarı "Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı". Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi.

Səfəvilər hakimiyyəti dönəmində Ağcabədi bölgəsi Qaraağac nahiyəsinə aid idi.

1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə

1593-cü ildə qələmə alınan Osmanlı vergi dəftərində Qaraağac nahiyəsinə bağlı kəndlərin siyahısı verilib. Həmin kəndlər bunlar idi:

  • Ağca kənd
  • Tuğullat
  • Qutni
  • Səralan
  • Xatunabad
  • Əlki
  • Köratuz
  • Sarımusa
  • Kələbəddin
  • Cüneydi
  • Qarabağ-Yekəcik
  • Bənövşəliabad
  • Mübarəkabad
  • Həsən Əgrə
  • Nəhri Mübarəki
  • Arazbun
  • Miyanəci
  • Hacıbəy Murad
  • Öpməcə
  • Usunçayı
  • Ataşa
  • Xuraman
  • Qızqala
  • Mustafa
  • Mustafa Molla Məhəmməd
  • Baban Abdal
  • Xaçıqan

1725-ci ildə qələmə alınan Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərinə görə Qarabağ bəylərbəyiliyi dövlətə 286149 tümən 435 dinar vergi ödəyirdi. Bu miqdardan Qaraağac qəzasının üzərinə düşən pay göstərilən kimidir.

  • 1.Qaraağac ………………………….636 tümən 5434 dinar vergi. Qaraağac hakimi 210 nəfərlik dəstəyə malik idi.

Qaraağac nahiyəsi Osmanlı dönəmində, 1727-ci ildən sonra Bayat nahiyəsi adlandı.

Həmçinin bax

  • Qarabağ bəylərbəyliyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qaraağac nahiyəsi sözünün mənası, qaraağac nahiyəsi haqqında məlumat. qaraağac nahiyəsi nədir? qaraağac nahiyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İtaliya lirəsi

  • Fevral 27, 2026

    Müsibəti-Fəxrəddin

  • Fevral 27, 2026

    Marksist məktəb

  • Fevral 26, 2026

    Natürmort

  • Fevral 28, 2026

    Susüpürənlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst