Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kolxida daşsarmaşığı (lat. Hedera colchica) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. Qaf

Hedera colchica

  • Ana Səhifə
  • Vikipediya
  • Hedera colchica

Kolxida daşsarmaşığı (lat. Hedera colchica) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. Qafqazda, Türkiyədə, Kiçik Asiyada, İranda rütubətli subtropiklərdə yayılmışdır.

Kolxida daşsarmaşığı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Kərəvizçiçəklilər
Fəsilə:
Araliyakimilər
Yarımfəsilə:
Araliyakimilər
Cins:
Daşsarmaşığı
Növ:
Kolxida daşsarmaşığı
Beynəlxalq elmi adı
  • Hedera colchica K.Koch, 1859
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  502898
NCBI  82097
EOL  1143006

Mündəricat

Botaniki təsviri

Hündürlüyü 30 m-ə çatan güclü, lianaşəkilli, həmişəyaşıl koldur. Zoğları nazik, qısasorucu köklüdür. Meyvə verən zoğları isə qalın və tüklüdür. Yarpaqlarının uzunluğu 25 sm-ə qədər, müxtəlif formaalı: parlaq dərili, bütöv, bəzən üç hissəli, yaşıl və spesifik qoxuludur. Payızda çiçəkləyir. Çiçəkləri ikicinsli, beşhissəli, yaşılımtıl-sarı, 12-35 ədədi çətirşəkilli hamaşçiçəklərə yığılmışdır. Saplaqlarının uzunluğu 2-3 sm-ə çatır. Kolxida sarmaşığının çiçək qrupunun bütün hissələri sarı-qonur, çoxşüalı, pulcuqlu tükcüklərlə örtülmüşdür. Ləçəklərin uzunluğu 4-4,5 mm və eni 2-2,5 mm, uzunsov-yumurtavari, ucu bizdir. Erkəkcikləri bir az ləçəklərindən qısadır. Sütuncuğun uzunluğu 1,5 mm-dir. Meyvələri qara, şarşəkilli, diametri 10-13 mm, 2,5 toxumludur. Növbəti ilin yayında yetişir.

Ekologiyası

Kolxida sarmaşığı kölgəli, nəmişli meşələrdə bitir, qayalarda sürünür. Şaxtaya az davamlıdır. Aşağı və orta meşə zolağında, 1500 m hündürlüyə qədər rast gəlinir. Təzə, məhsuldar torpağa ehtiyac vardır.

Azərbaycanda yayılması

Abşeronda, Qazaxda, Tərtərdə yarımkölgəli yerlərdə bitir. Bir çox formalarına rast gəlinir.

İstifadəsi

Şaquli yaşıllaşdırmada istifadə edilir. Sarmaşığın bütün hissələrində qədərində və çox miqdarda saponin vardır ki, ondan hazırlanan dərmanlar mədə şirəsinin sərbəst sulfat turşusunu azaldır, qanda şəkərin miqdarını azaldır. Həlimindən soyuqdəymədə, vərəm xəstəliklərində, böyrək daşının təmizlənməsində, podaqraya qarşı istifadə edilir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hedera colchica sözünün mənası, hedera colchica haqqında məlumat. hedera colchica nədir? hedera colchica nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    .com

  • Fevral 27, 2026

    Jorj Sand

  • Fevral 27, 2026

    Qırımçaqlar

  • Mart 06, 2026

    İbrahim Zeynalov

  • Fevral 27, 2026

    Qarabasma

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst