Mahmud Əhməd oğlu Məmməd-Quliyev (15 fevral 1949, Kirovabad) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat.
| Mahmud Məmmədquliyev | |
|---|---|
| |
Vəzifədədir | |
| 14 sentyabr 1993-cü ildən | |
| 24 noyabr 1995 – 12 noyabr 2000 | |
| 25 noyabr 1993 – 25 may 2001 | |
| 25 noyabr 1993 – 25 may 2001 | |
| 25 noyabr 1993 – 25 may 2001 | |
| 25 noyabr 1993 – 25 may 2001 | |
| 25 noyabr 1993 – 30 may 2001 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 15 fevral 1949 (77 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | diplomat |
| Həyat yoldaşı | |
| Uşaqları | Zərifə, Giraff, Azər |
| | |
| Təltifləri | |
Həyatı
Mahmud Əhməd oğlu Məmmədquliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olmuşdur. 1974–1993 — Müxtəlif dövlət orqanlarında xidmət etmişdir. 1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini omuşdur.
1993-cü ildən indiyə kimi — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur.
1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur.
2019-cu ilin iyul ayında Mahmud Məmmədquliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
İngilis və rus dillərini bilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mahmud məmmədquliyev sözünün mənası, mahmud məmmədquliyev haqqında məlumat. mahmud məmmədquliyev nədir? mahmud məmmədquliyev nə deməkdir?
