Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Daniel (Dan) Anderson (Dan Andersson, 6 aprel 1888[…] – 16 sentyabr 1920[…], Stokholm) — İsveç yazıçısı və şairi.

Dan Anderson

  • Ana Səhifə
  • Vikipediya
  • Dan Anderson

Daniel (Dan) Anderson (Dan Andersson, 6 aprel 1888[…] – 16 sentyabr 1920[…], Stokholm) — İsveç yazıçısı və şairi.

Dan Anderson
Doğum tarixi 6 aprel 1888(1888-04-06)[…]
Vəfat tarixi 16 sentyabr 1920(1920-09-16)[…] (32 yaşında)
Vəfat yeri
  • Stokholm, Stokholm[d], İsveç
Fəaliyyəti yazıçı, şair, bəstəkar, tərcüməçi
Fəaliyyət illəri 1914-cü ildən
Əsərlərinin dili isveç dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Dan Anderson Dalarnada, Skattlösberqdə müəllim ailəsində doğulub.Valideynləri: Adolf Anderson və Auqust Şerp. Skattlösberq fin torpaqları (finnmarker) adlanan cənubi Dalarnada yerləşirdi.Erkən gənclikdə o,meşədə və xalq məktəbində müəllim işləmişdir.Ailə çətin yaşayırdı, ona görə də onu 1902-ci ildə ailəsi onu Amerikaya göndərmək qərarına gəldi.Lakin ailəsinə yazdığı məktubda Amerikada şəraitin İsveçdən yaxşı olmadığını xəbər verdikdən sonra atası onu geri çağırır.Ailə 1905-ci ildə Skattlösberqdən gedir, lakin 1911-15 ci illərdə yenə hal-hazırda şairin muzeyi yerləşən Skattlösberqdə,Luossada yaşayır.Burada Dan Andersson hekayə və şeirlər yazırdı, hansı ki, böyük hissəsi «Kolarhistirier» və «Kolvaktarens visor»dan ibarətdir.1914-15-ci illərdə Andersson Brunsvik adlı xalq məktəbində oxuyur.Həmin vaxtlarda o, tanınmış şair olur , şeir və mahnılar yazır.Bunların bəzisi müasir dövrdə də daha məşhurdurlar: «Till min syster» (Mənim bacıma),«Jungman Jansson» (Yunqman Yanson).Anderson özü akordeonda və skripkada çalırdı. 1917-18-ci illərdə Anderson "Nü tid" (Göteborq) qəzetində çalışmağa başlayır, Redyard Kiplinq və Bodlerin şeirlərini isveç dilinə tərcümə edir.1918-ci ildə aktyor və trubadur Qunnar Turessonun bacısı Olqa Turessonla evlənir.

Yaradıcılığı

Dan Andersonun şeirlərində Frödinq, Karlferd, Kiplinq, Suinberq, Şarl Bodlerin təsiri hiss olunur.Anderssonun yaradıcılıq mirasına çoxlu şeir və mahnılar, «Kolvaktarens visor», «Svarta ballader» (Qara balladalar) daxildir,hansı ki,aralarında «En spelmans jordfärd» (Musiqiçinin dəfni), «Jungman Jansson», «Till min syster» (Mənim bacıma),«Omkring tiggarn från Luossa» (Luossadan yoxsul səyahətçi), «Spelmanen» (Musiqiçi), «En tröstesam visa till idealisten och läraren Angelman» (İdealist və müəllim Anqelmana təsəlliedici mahnı) xüsusi ilə məşhurdur.O, prozalar da yazırdı. «Kolarhistirier» (Kömür hekayələri) və «Det kallas vidskepelse», 1916 (Bu,mövhumat adlanır) hekayələri tarixçi Öran Heqqin fikrinə görə yalnız Dan Anderson tərəfindən yazıldığına görə maraqlıdır. «De tre hemlösa»,1918 (Üç evsiz) və «David Rammas arv»,1919 (Devid Rammın mirası) romanları da uğursuz hesab olundu.

Ölümü

Dan Anderson 1920-ci il 16 sentyabr tarixində Stokholmda "Helman" otelinin 11-ci nömrəsində zəhərlənmədən vəfat edir.O, paytaxta sosial-demokrat qəzetin jurnalisti kimi gəlmişdi.Dan Anderson Lüdvikdə (Dalarna) Lüviken kilsəsinin həyətində dəfn edilmişdir.

Dan Anderson müasir dövrdə

1979-ci illərin əvvəlində «Omkring tiggarn från Luossa» mahnısı milli top-siyahıda (Svensktoppen) çox uzun müddət qalmışdır.Dan Andersonun mahnılarının ifaçları kimi ilk növbədə özünəməxsus ifası olan Sofiya Karlssonu, həmçinin Qunde Yuhansson, Torsteyn Berqman, Staffan Hellstrand, Rolf Vikström, Per Sörman, Dan Viktoru göstərmək olar.İoakim Toström "Blek Cim" adlı melodiyanı Dan Andersona həsr etmişdir (Blek Cim-Dan Anderssonun jurnalist ləqəbidir).

Həmçinin bax

  • http://www.youtube.com/watch?v=Pez0e9yDjWk
  • http://www.youtube.com/watch?v=RkriPebgemM&feature=related
  • http://www.youtube.com/watch?v=_KbxzqTyFZ8&feature=related
  • http://www.youtube.com/watch?v=YlGs3Fq6XwI&feature=related
  1. Merkedager: fødselsdager, stiftelsesdatoer, begivenheter. Oslo: Biblioteksentralen, 1989. ISBN 82-7022-061-2
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Dan Andersson // Encyclopædia Britannica (ing.).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dan anderson sözünün mənası, dan anderson haqqında məlumat. dan anderson nədir? dan anderson nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Kerəşenlər

  • Fevral 27, 2026

    Ərtoğrol Cavid

  • Mart 01, 2026

    Pomidor kababı

  • Fevral 27, 2026

    Konsulyar tribun

  • Fevral 27, 2026

    Qəhrəmanmaraş

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst