Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eynulla Ağayev 1907-ci il dekabrın 31-də Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində almışdır. 1926-cı ildə Sabir a

Eynulla Ağayev

  • Ana Səhifə
  • Vikipediya
  • Eynulla Ağayev

Ağayev Eynulla Xankişi oğlu – nasir, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Eynulla Ağayev
Eynulla Xankişi oğlu Ağayev
Doğum tarixi 31 dekabr 1907
Doğum yeri Ramana, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 noyabr 1978 (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti yazıçı

Həyatı

Eynulla Ağayev 1907-ci il dekabrın 31-də Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində almışdır. 1926-cı ildə Sabir adına 23 saylı ikinci dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyil göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini "Gənc işçi", "Kommunist", "Yeni yol" qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi "Balıqçı Kamil" 1928-ci ildə Tiflisdə buraxılan "Qızıl şəfəq" jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur. Eyni zamanda pedaqoji institutda təhsilini qiyabi davam etdirmiş, 1935-ci ildə institutu bitirdikdən sonra "Yeni yol" qəzetinin ədəbiyyat və incəsənət şöbəsində müdir, sonra isə məsul katib işləmişdir. II dünya müharibəsinin ilk günlərindən səfərbərliyə alınmışdır. Kerç döyüşlərində ağır yaralanmış, müalicədən sonra yenidən ön cəbhəyə qayıtmışdır. 416-cı Taqanroq diviziyasının tərkibində ağır döyüş yolu keçmiş, Mozdok, Kuban, Krım, Qərbi Ukrayna, Polşa, Çexoslovakiya, Macarıstan uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, Krakovda hərbi xəstəxanada müalicədən sonra, 1946-cı ilin martında ordudan tərxis olunmuşdur. "Qırmızı ulduz", "Şərəf nişanı", "Hərbi xidmətə görə", "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illər İkinci Dünya müharibəsinin qələbəsi uğrunda" və b. orden və medallarla təltif olunmuşdur. 1946-cı ilin mayından "Azərbaycan pioneri" qəzetinin məsul redaktoru olmuş, bütün yaradıcılığını gənc nəslin yetişdiriliməsinə həsr etmişdir.

1978-ci il noyabnn 5-də Bakıda vəfat etmişdir. Bakı şəhər orta məktəblərindən biri onun adını daşıyır.

Əsərləri

  1. Alagöz. Bakı: Uşaqgəncnəşr, 1942, 32 səh.
  2. Sirli qala. Bakı: Uşaqgəncnəşr, 1955, 88 səh.
  3. Dəcəllər (povest). Bakı: Uşaqgəncnəşr, 1958, 180 səh.
  4. Tək qayıq (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 128 səh.
  5. Şişpapaq (povest). Bakı: Azərnəşr, 1964, 196 səh.
  6. Dağlarda şimşək çaxır (povest). Bakı: Gənclik, 1967, 202 səh.
  7. Yağış mahnısı. Bakı: Gənclik, 1968, 174 səh.
  8. Povest və hekayələr. Bakı: Gənclik, 1976, 198 səh.
  9. Baba nağılı (povest və hekayələr). Bakı: Gənclik, 1978, 248 səh.
  10. Teleqram (povest və hekayələr). Bakı: Gənclik, 1982, 164 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, eynulla ağayev sözünün mənası, eynulla ağayev haqqında məlumat. eynulla ağayev nədir? eynulla ağayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kaxetiya

  • Mart 01, 2026

    Alpaut nahiyəsi

  • Fevral 27, 2026

    Şağan

  • Mart 01, 2026

    Cəm şəhristanı

  • Fevral 27, 2026

    Cəngavər ordeni

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst