Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aktinoidlər – dövri sistemin 7-ci dövründə yerləşmiş, sıra nömrəsi 89–103 arasında olan 14 elementin ümumi adıdır. Adının mənası yunan dilindən tərcümədə "aktis

Aktinoidlər

  • Ana Səhifə
  • Vikipediya
  • Aktinoidlər
Sıra nömrəsi Elementi adı İşarəsi
89aktiniumAc
90toriumTh
91protaktiniumPa
92uranU
93neptuniumNp
94plutoniumPu
95amerisiumAm
96küriumCm
97berkliumBk
98kaliforniumCf
99eynşteyniumEs
100fermiumFm
101mendeleviumMd
102nobeliumNo
103lourensiumLr

Aktinoidlər – dövri sistemin 7-ci dövründə yerləşmiş, sıra nömrəsi 89–103 arasında olan 14 elementin ümumi adıdır. Adının mənası yunan dilindən tərcümədə "aktis" "şüa", "eidos" "oxşar" deməkdir. Bunlar aktinium, torium, protaktinium, uran, neptunium, plutonium, amerisium, kürium, berklium, kalifornium, eynşteynium, fermium, mendelevium, nobelium, lourensiumdur. Onlardan heç birinin stabil izotopu yoxdur. Torium, protaktinium və uran təbii radioaktiv elementlər olduğu halda, digər aktinoidlər nüvə reaksiyalarında süni yolla sintez edilmişdir.

Mündəricat

İlkin təsəvvürlər

Aktinoidlər ailəsi haqqında təsəvvürləri ilk dəfə 1944-cü ildə Amerika alimi Q. Siborq vermişdir. Özünün aktinoidlər ailəsi nəzəriyyəsinə uyğun olaraq o söyləmişdir ki, toriumdan başlayaraq bu elementlərin atomlarında lantanoidlərdə 4f yarımsəviyyələri dolduğu kimi, 5f yarımsəviyyəsi də dolmağa başlayır. Ona görə də bütün 14 aktinoidləri dövri sistemdə aktiniumla birlikdə bir qəfəsdə yerləşdirirlər. Onlar dövri sistemdə lantanoidlər sırasının altında yerləşdirilir. Aktinoidlərin bu cür yerləşdirilməsi geniş yayılmışdır. Transuran elementlərinin öyrənilməsi məlum olmuşdur ki, aktinoidlərin lantanoidlərlə oxşarlığı bir çox cəhətdən formal xarakter daşıyır.

Müasir təsəvvürlər

Müasir işlər göstərir ki, 5f ilə 4f elementlərinin müqayisəsi zamanı ağır aktinoidlərlə yüngül lantanoidlər arasında daha çox oxşarlıq vardır. Eləcə də aktinoidlər ailəsinin 1-ci yarımsıra elementləri ilə əvvəlki dövrlərin keçid d-elementləri arasında kimyəvi cəhətdən oxşarlıq vardır. Buradan görünür ki, 7-ci dövri dəyişməsində özünəməxsusluq vardır. Bu da sıra nömrəsi (Z) böyük olan elementlər sahəsində dövrilik hadisəsinin qiymətləndirilməsində yeni yanaşmanı tələb edir.

Kimyəvi xassələri

Aktinoidlər üçün +1-dən +7-dək oksidləşmə dərəcəsinin daha çox mövcud olması müəyyən edilmişdir. Neptunium, plutonium və amerisiumun +6 və +7 oksidləşmə dərəcəsi göstərən birləşmələri, eləcə də küriumun altıvalentli birləşmələri alınmışdır. Aktinoidlər sırasının 2-ci yarımsıra elementləri – eynşteynium, fermium, mendelevium və nobelium üçün gözlənilmədən daha davamlı birləşmələri +2 oksidləşmə dərəcəsi göstərdiyi birləşmələr olmuşdur (mendeleviumda isə hətta +1).

Aktinoidlərin kimyəvi xassələrinin xüsusiliyi iki cür izah edilir. Birincisi, aktinoidlərin atomlarında (Z=90–96) 5f və 6d elektronları enerjinin qiymətinə görə yaxındır, ona görə də onları kimyəvi qarşılıqlı təsir zamanı asanlıqla istifadə edirlər. İkincisi, ağır aktinoidlərdə sıra nömrəsi artdıqca atomlarda elektronların qarşılıqlı təsir xarakteri çətinləşir, bu da həmin elementlərin xassələrinin xüsusiliyini göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aktinoidlər sözünün mənası, aktinoidlər haqqında məlumat. aktinoidlər nədir? aktinoidlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Diaqonal

  • Mart 06, 2026

    Aoy Miyazaki

  • Fevral 27, 2026

    Bill Qeyts

  • Mart 06, 2026

    Baxşı

  • Fevral 27, 2026

    Roskild müqaviləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst