Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seylor Saturn (セーラーサターン, Sērā Satān?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından və animesindən personaj. Əsl adı Hotaru Tomoe (土萠 ほたる, Tomo

Seylor Saturn

  • Ana Səhifə
  • Vikipediya
  • Seylor Saturn

Seylor Saturn (セーラーサターン, Sērā Satān?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından və animesindən personaj. Əsl adı Hotaru Tomoe (土萠 ほたる, Tomoe Hotaru?) olan Seylor Saturn Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.

Seylor Saturn
"Seylor Mun" personajı
Seylor Saturn.
İlk görünüş"Seylor Mun" #24: "Sonsuzluq 1 — Xəbərdarlıq" (1994)
YaradanNaoko Takeuçi
Profil
Əsl adıHotaru Tomoe
İrqiinsan
Cinsiqadın
Milliyyətiyapon
Doğum tarixi6 yanvar (Oğlaq)
Yaşı10-12
ÜzvlüklərSeylor döyüşçüləri, Ölüm Həvariləri, Ölü Ay Sirki, Kölgə Qalaktika
Gücləridağıdıcı güclər, psixi güclər

Seylor Saturn "Seylor Mun" animesinin 3-cü mövsümündə və 5-ci mövsümünün bəzi seriyalarında yer almışdır. Gücləri dağıntı, ölüm və yenidən doğum ilə əlaqələndirilir. Gücləri o qədər güclüdür ki, bir planeti, hətta bütün Günəş sistemini məhv edə, bütün kainatı sıfırlaya bilər.

Mündəricat

Profil

Naoko Takeuçi tərəfindən çəkilmiş təsviri.

Hotaru seriyaya ilk əvvəl Çibiusanın dostu kimi daxil edilmişdir. Hotaru Çibiusa və Usaqi ilə rastlaşana qədər heç bir dostu olmamışdır. Animeyə görə Hotaru sinif yoldaşları tərəfindən sevilməmişdir. Sinif yoldaşları onun qəribə ürəktutmalarına və güclərinə görə ondan yan keçirdilər. Bunun səbəbi Hotarunun 5 yaşına qədər bədəninin içində şər varlıq olan Xanım 9-un yaşaması olmuşdur. Seriyanın yaradıcısı Naoko Takeuçi onu gözəl, sakit, tezböyüyən təsvir etmişdir.

Manqada bir laboratoriya partlayışında Hotaru ciddi xəsarət almış, anası Keyko ölmüşdür. Atası Souçi Tomoe Hotarunun həyatını xilas etmək üçün bədəninə Firon 90-nın gücünü daxil etmişdir. Bunun əvəzində Souçi insan simasını itirmiş və şər qüvvəyə çevrilmişdir. Seylor döyüşçüləri "Sonsuzluq" hekayəsinin sonlarında Seylor Saturna dünyanı məhv etməyə qoymamışdılar və Seylor Saturn kibernetik funksiyaları olmadan yenidən doğulmuşdur. Bu hadisədən sonra ürəktutmaları dayanmışdır.

Animedə Hotarunun kibernetik bədəni yoxdur və ürəktutmalarına və güclərinə görə evsiz qalmışdır. Anası isə ölmüşdür. Atası manqadakı kimi ölməyib. Atası Hotaruya uzun müddət baxdıqdan sonra Seylor Pluton ona baxmağa başlamışdır.

Hotarunun yaşı seriya boyunca dəyişmişdir. İlk öncə 12 yaşında olmuşdur, lakin daha sonra ölüb-dirilmişdir. Tezböyüyən bədəni sayəsində 4, 5 və 8 yaşlarında görünmüş və nəhayət, yenə 12 yaşına çatmışdır. Seylor Saturn kimi Hotaru planetləri məhv edə bilər. Onun gücləri Seylor Uran, Seylor Neptun və Seylor Plutonun talismanlarını oyatmışdır. Seylor Saturn bu güclərin lazımi olduğunu "Sonsuzluq" hekayəsində aşkar etmişdir, çünki ölümsüz yenidən doğuş mümkün deyil. Yenidən doğulduqdan sonra güclərinin yenidən ayılması üçün müəyyən vaxt keçmişdir. Güclərinə ayılan qədər hətta Seylor döyüşçülərindən bəziləri onu təhlükəli hesab etmiş və öldürməyə cəhd etmişdilər. Lakin Seylor Saturn gücləri vasitəsilə Yeri məhv etmək istəyən Firon 90-na mane olmuşdur.

Manqada atasının ölümündən sonra Hotarunun yeni ailəsi Haruka Tenno, Miçiru Kayo və Setsuna Meyo olmuşdur. Hotaru onlara Haruka-papa, Miçiru-mama və Setsuna-mama kimi müraciət edir. Onlar birlikdə Viktoriya İmperiya Evində yaşayırlar.

Aspektlər və formalar

Seylor Saturn müxtəlif güclərə, çevrilmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyü sayəsində Seylor Saturn Gümüş Minillik dövründən XXX əsrə qədər yaşaya bilmişdir.

Seylor Saturn

Hotaru Tomoenin Seylor döyüşçüsü şəxsiyyəti Seylor Saturndur. Seylor Saturnun döyüşçü geyimi qəhvəyi və bənövşəyi rənglərdən ibarətdir. Geyiminin ilk versiyasına ləçək formalı sırğalar, ulduz broşkası, boğazlıq, əlcəklər, uzunboğaz çəkmələr də aiddir. Seylor Saturna müxtəlif ləqəblər verilmişdir: Səssizlik döyüşçüsü, Dağıntı döyüşçüsü, Ölüm və Yenidən doğuş döyüşçüsü.

Seylor Saturn özü ilə Səssizlik qlefasını daşıyır. Bu qlefanın köməyi ilə dünyanı və dünyaları məhv edə bilir. Bununla yanaşı həm adi insan formasında, həm də Seylor döyüşçüsü kimi kiçik yaraları sağaltmaq qabiliyyətinə sahibdir. Animedə bir dəfə Usaqinin ağrıyan dizini sağaltmışdır.

Manqaya görə Seylor Saturn Gümüş Minillikdə Seylor döyüşçüləri ilə birlikdə yaşamamışdır. Üstəlik, Seylor Neptun, Seylor Uran və Seylor Pluton krallıq məhv olanda onun yenidən doğulacağını fərz etməmişdilər. Lakin Seylor Saturn Yerdə yenidən doğulmuşdur.

Seylor Saturn böyüdükcə gücləri və bacarıqları da dəyişmiş, buna uyğun olaraq da geyimi dəyişikliklərə uğramışdır. İlk belə hal manqanın 39-cu aktında Saturn kristalına toxunduqdan sonra baş vermiş və geyimi Super Seylor Mununkinə bənzəmişdir. Lakin özünə yeni ad verməmişdir. Animenin 168-ci seriyasında isə yeni geyimə sahib olaraq özünü Super Seylor Saturn adlandırmışdır. Manqanın 42-ci aktında Əbədi Seylor Munun geyiminə bənzər formaya sahib olmuşdur.

Şahzadə Saturn

Manqaya görə Gümüş Minillikdə Hotaru Tomoe öz planetinin şahzadəsidir. Əsas vəzifəsi Günəş sistemini şər qüvvələrdən qorumaqdır. Şahzadə Saturn kimi Titan qalasında yaşayır və bənövşəyi paltar geyinir. Bu halı ilə manqada görünmüşdür. Digər Seylor döyüşçülərindən fərqli olaraq Gümüş Minillik dövründə ayılmamışdır.

Məşuqə 9

Hekayənin 3-cü hissəsi boyunca Hotarunun bədənini Məşuqə 9 adlı yadplanetli ələ keçirmişdi. O, Hotarunun bədənindən Ölüm Həvarilərinin məqsədləri üçün istifadə etmişdir. Məşuqə 9 onun bədəni ilə Fara 90 adlı şeytani gücü Yeri dağıtmaq üçün çağırmışdır. Bu şər qüvvə yalnız Seylor Saturnun yenidən ayılması ilə dayandırıla bilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, seylor saturn sözünün mənası, seylor saturn haqqında məlumat. seylor saturn nədir? seylor saturn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Ağdərə rayonu

  • Fevral 27, 2026

    Azərbaycan rəvayətləri

  • Fevral 23, 2026

    İrlandlar

  • Fevral 27, 2026

    Seçki dairəsi

  • Fevral 28, 2026

    Tərlan Göyçəli

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst