Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dovdaq (lat. Otis tarda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda tə

Dovdaq

  • Ana Səhifə
  • Vikipediya
  • Dovdaq

Dovdaq (lat. Otis tarda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Dovdaq
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Otidimorphae
Dəstə:
Dovdaqkimilər
Fəsilə:
Dovdaqlar
Cins:
Dovdaq
Beynəlxalq elmi adı
  • Otis L., 1758[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  176418
NCBI  73106
EOL  45513575
FW  

Mündəricat

Təsviri

Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var.

Yayılması

Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır. Son 60 ildə Azərbaycanda yuvalamır, Qızılağac Dövlət Təbiət Qoruğunda, Şirvan Milli Parkında və Böyük Qafqaz dağlarının ətəklərində, Naxçıvanda qeyri-müntəzəm qışlayır.

Həyat tərzi

Açıq yarımsəhra və bozqırlarda yaşayır. Gündüz fəal olur. Payız miqrasiyası avqust-oktyabr aylarında, yaz miqrasiyası isə mart-may aylarında olur. Bitkilərin toxumları, vegetativ hissələri, həşəratlar, amfibiyalar, sürünənlər və siçanabənzər gəmiricilərlə qidalanır.

Sayı

Dünyada sayı 44-57 min təşkil edir. XIX əsrin axırları, XX əsrin əvvəllərində Azərbaycanda kütləvi qışlayıb, az miqdarda yuvalayıb. 1912-ci ilin may ayında Muğanda Alpout kəndi yaxınlığında yuvası tapılıb. Həmin ildə iyulun 11ə Aslanduz gözətçi məntəqəsinin yaxınlığında 6, 1939il iyulun 11-də Şirvan düzündə Sığırlı kəndi ətrafında 4 fərdi müşahidə edilmişdir. Sonrakı illərdə reproduksiya dövründə Azərbaycanda müşahidə edilməyib. Qışda Qızılağac Dövlət Təbiət Qoruğunda 1959-cu ildə 500, 1999-cu ildə 4, 2001-ci ildə Şirvan Milli Parkında 10 doydaq qeydə alınıb.2000-ci illərdə Bakı hava limanı ətrafında köç vaxtı qeydə alınırdı ( AOC-nin məlumat bazası) 2005-cı il mayın 9-da Culfa rayonunun Noxuddağ adlı düzənlik sahəsində yemlənən 6 fərd qeydə alınmışdır. Daimi müşahidələr aparılmadığından sayları haqda məlumat yoxdur

Azalma səbəbləri

İnsanın landşaftları dəyişdirməsilə əlaqədar məskunlaşdırdıqları xam torpaqların azalması və plansız şəkildə ovlanması nəticəsində bütün dünyada sayı 30 % azalmışdır. Azərbaycanda 1950-ci ilə qədər qanunsuz ovlanması, yarımsəhra və bozqırların əksər hissəsində meyvə-tərəvəz və texniki bitkilərin əkilməsi, böyük miqdarda mal-qara otarılması nəticəsində yuvalayan populyasiyası tələf edilmiş, qışlayan populyasiyalarının yox olması təhlükəsi yaranmışdır.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Qızılağac və Turyançay Dövlət Təbiət Qoruqları, Şirvan, Ağgöl, Şahdağ Milli Parkları və digər açıq quru sahələrdə yerləşən yasaqlığlarda qorunur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan MR-in (2006) Qırmızı kitablarına, CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Acınohur, Ceyrançöl və Sarıca düzlərinə yasaqlıq statusunun verilməsi, qorunmasının geniş təbliğ edilməsi, süni şəraitdə çoxaldılıb təbiətə buraxılması məsləhətdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dovdaq sözünün mənası, dovdaq haqqında məlumat. dovdaq nədir? dovdaq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muradxanlı (Qubadlı)

  • Mart 01, 2026

    Tunis himni

  • Mart 01, 2026

    Əhmədağa Əhmədov

  • Mart 01, 2026

    Cəmşid Hənifəyev

  • Fevral 27, 2026

    Fransisko Qoyya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst