Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cinsi dimorfizm (q.yun. δι- — iki, μορφή — forma) — eyni cinsdən olan erkək və dişi arasındakı anatomik fərqdir. Cinsi dimorfizm özünü müxtəlif fiziki xüsusiyyə

Cinsi dimorfizm

  • Ana Səhifə
  • Vikipediya
  • Cinsi dimorfizm

Cinsi dimorfizm (q.yun. δι- — iki, μορφή — forma) — eyni cinsdən olan erkək və dişi arasındakı anatomik fərqdir. Cinsi dimorfizm özünü müxtəlif fiziki xüsusiyyətlərlə göstərə bilər.

  • Ölçü. Əksər məməlilərdə və toyuqkimilərdə erkəklər dişilərdən daha böyük və ağırdır. Bir çox quşlarda (xüsusilə yırtıcı quşlarda), suda-quruda yaşayanlarda və buğumayaqlılarda, dişilər bir qayda olaraq erkəklərdən daha böyükdür. Tısbağalarda və ilanlarda dişilər erkəklərdən daha böyükdür; kərtənkələlərdə, əksinə, bir qayda olaraq, erkəklər dişilərdən daha böyükdür; gekkonlar istisna təşkil edir, onlarda böyük ölçü dişilərə xassdır.
  • Tük örtüyü. Kişilər üçün saqqal, aslanlar və ya babuinlər üçün yal.
  • Rəng. Quşlarda, xüsusən ördəklərdə lələklərin rəngi.
  • Dəri. Marallarda buynuz, xoruzlarda pipik kimi xarakterik çıxıntılar və ya əlavə törəmələr.
  • Dişlər. Hind fillərində dişlər, morjlarında və qabanlarda köpək dişləri erkəklərdə daha böyükdür.
Dişi (solda), erkək qırqovul
Argiope appensa hörümçəyinin cinsi dimorfizmi (dişi solda)
Tovuzquşunun erkəyi və dişisi

Bəzi heyvanlar, ilk növbədə balıqlar, yalnız cütləşmə zamanı cinsi dimorfizm göstərir. Bir nəzəriyyəyə görə, hər iki cinsin də öz nəslinin qeydinə qalmasına verdiyi töhfələr nə qədər fərqlidirsə, cinsi dimorfizm də o qədər qabarıqdır. Bu həm də poliqamiya səviyyəsinin göstəricisidir.

Cinsi dimorfizm orqanizm böyüdükcə və inkişaf etdikcə daha çox nəzərə çarpmağa başlayır. Ümumiyyətlə, bədənin erkən mərhələlərində cinslər arasındakı görünüş əhəmiyyətsiz dərəcədə dəyişir.Cinsi yetkinlik yaşından sonra ortaya çıxan cinsi xüsusiyyətlərə "ikincil cinsi xüsusiyyətlər" deyilir. Birincil cinsi xüsusiyyətlər, öz növbəsində, reproduktiv proseslə birbaşa bağlıdır: cinsi orqanlar.

Kişilər və qadınlar arasındakı fərqlər müxtəlif səviyyələrdə baş verə bilər: morfoloji xarakterlər (anatomiya, ölçü, rəngləmə), fiziologiya, ekologiya, davranış və digərləri. Məsələn, bəzi növlərdə erkəklər böyük və rəngarəng, dişilər kiçik və rəngsizdir. Eynilə, yalnız bir cinsdə baş verən, digərində görmədiyimiz davranışlar var.

Həmçinin bax

  • Cinsi seçmə
  • Kinandromorfizm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cinsi dimorfizm sözünün mənası, cinsi dimorfizm haqqında məlumat. cinsi dimorfizm nədir? cinsi dimorfizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Tulipa tarda

  • Mart 01, 2026

    Dron

  • Fevral 27, 2026

    Pelvu (kommuna)

  • Mart 01, 2026

    Vətən dili

  • Fevral 25, 2026

    Daoizm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst