Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il t

Banbaşı

  • Ana Səhifə
  • Vikipediya
  • Banbaşı

Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.

Banbaşı
39°02′25″ şm. e. 48°37′39″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 25 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.440 nəf. (2009)
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Banbaşı xəritədə
Banbaşı
Banbaşı

Mündəricat

Toponimikası

Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır.

Coğrafiyası və iqlimi

Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı–Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır.

Əhalisi

  • 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
  • 14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsinin, Banbaşı kənd cəmiyyətinin mərkəzi olan Banbaşı kəndində 50 evdə şiə təriqətli müsəlman azərbaycanlılardan ibarət 377 nəfər (205 nəfəri kişilər, 172 nəfəri qadınlar) əhali yaşayırdı.

Hazırda kəndin əhalisi 2440 nəfərdir.

Tanınmış şəxsləri

  • Ağayev Soltanağa Hacağa oğlu — Texnika üzrə elmlər doktoru, professor. Vəfat edib.
  • Ağayev Məmmədhəsən Məmmədhüseyn oğlu — Tibb elmləri doktorudur, Azərbaycan Dövlət Tibb Univeristetinin müəllimidir.
  • Qədiməliyev Fikrət Gülverdi oğlu — Tibb üzrə fəlsəfə doktoru, Dövlət Gömrük Hospitalının rəisi, General–mayor.

Şəhidləri

Əhmədov Əhmədağa Abdulbağı oğlu — İraqın Nəcəf şəhərində 25 il ali dini təhsil almış, 1937-ci ildə repressiya qurbanı olmuşdur. II Dünya müharibəsində iştirak edənlər: 150 nəfər cəbhəyə getmiş, onlardan 50-si cəbhədən sağ qayıtmışdır. I Qarabağ şəhidləri:

  • 1. Qasımov Cavanşir Beytulla oğlu (1974–1992).
  • 2. Abdullayev Mürüvvət Əli oğlu (1974–1993).
  • 3. Mirzəyev Nail Nadir oğlu — 2004-cü ildə.
  • 4. Həsənov Alqayıt Ağabəy oğlu — 2006-cı ildə.

II Qarabağ müharibəsi şəhidi:

  • Akifzadə Elmir Gündüz oğlu — 01.09.1997–09.10.2020-ci ildə.

Rusiya–Ukrayna müharibəsi şəhidləri:

  1. Təyyarzadə Yusif Ayaz oğlu (05.06.2000–29.09.2022).
  2. Səmədov Ariz Kərimağa oğlu (11.12.1996–03.03.2023).

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, banbaşı sözünün mənası, banbaşı haqqında məlumat. banbaşı nədir? banbaşı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pirsaatçay (çay)

  • Fevral 27, 2026

    Damcılı

  • Fevral 27, 2026

    Yuxarı Reyn

  • Fevral 27, 2026

    Kolit

  • Mart 06, 2026

    Atlas silkələndi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst