Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fyodor İvanoviç Kopılov (rus. Фёдор Иванович Копылов; 1910, Bejitsa[d], Orlov quberniyası[d] – 17 dekabr 1979, Belqorod) — Azərbaycan SSR Nazirlər Soveti yanınd

Fyodor Kopılov

  • Ana Səhifə
  • Vikipediya
  • Fyodor Kopılov

Fyodor İvanoviç Kopılov (rus. Фёдор Иванович Копылов; 1910, Bejitsa[d], Orlov quberniyası[d] – 17 dekabr 1979, Belqorod) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1956–1959). ÜİK(B)P-nın üzvü (aprel 1932-ci ildən). IV–V çağırış SSRİ Ali Sovetinin deputatı, polkovnik (1952).

Fyodor Kopılov
rus. Фёдор Иванович Копылов
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri
27 oktyabr 1956 – 1 sentyabr 1959
ƏvvəlkiAnatoli Quskov
SonrakıAleksandr Kardaşov
Şəxsi məlumatlar
Doğum tarixi 1910(1910)
Doğum yeri
  • Bejitsa[d], Orlov quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 17 dekabr 1979(1979-12-17) (68–69 yaşında)
Vəfat yeri
  • Belqorod, Belqorod vilayəti, RSFSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi
  • polkovnik
Təltifləri 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni

Mündəricat

Həyatı

1910-cu ildə Rusiya imperiyasının Orlov quberniyasının Bryansk uyezdinin Bejitsya şəhərində yanğınsöndürən ailəsində anadan olub.

1928-ci ildə 2-ci dərəcəli məktəbi, 1931-ci ildə Bejitsyada maşınqayırma institunun iki kursunu bitirib. Eyni zamanda 1928-ci ilin yanvar ayından 1931-ci ilin sentyabar ayındaək "Красный Профинтерн" maşınqayırma zavodunda tornaçı işləyib. 1931-ci ilin sentyabrında Leninqrad Dağ İnstitutunun sürətli hazırlıq institutuna daxil olur. 1932-ci ildə oranı bitirdikdən sonra Karakandada geoloji kəşfiyyat bazasında mexaniki qazma üzrə mühəndis işləyib.

В РККА: с ноября 1932-ci ilin noyabr ayındanFəhlə-Kəndli Qızıl Ordu sıralarında hərbi xidmətdədir. Bir illik kursların kursantı, Əlahiddə Qırmızı bayraqlı Uzaq Şərq Ordusunun 40-cı atıcı diviziyasının 40-cı artilleriya polkunun vzvod komandiri olur. 1934-cü ilin dekabrında tərxis edilir.

1935-ci ilin yanvarından Bejitsyada "Красный Профинтерн" maşınqayırma zavodunun texniki təlimatçısı işləyir. 1935-ci ilin martında Rostov-Don şəhərinə köçür, Azov-Qaradəniz geoloji kəşfiyyat trestində mexaniki qazma üzrə mühəndis işləyir. 1937-ci ilin noyabrından "20 лет Октября" fabrikinin texniki rəhbər, idarə heyətinin sədridir.

1939-cu ilin noyabr ayından partiya işindədir: ÜİK(B)P Rostov vilayət komitəsi kadrlar şöbəsinin yanacaq-energetika və sənaye-nəqliyyat sektorunun təlimatçısı, sektor müdiri.

Böyük Vətən müharibəsi başlayandan Fəhlə_Kəndli Qızıl Ordu sıralarındadır. Cənub Cəbhəsi 870-ci əlahiddə qaubitsya artilleiya polkunun partiya bürosunun katibi. 1942-ci ilin martında yaralanır, 3262 № — li evakuasiya hospitalıında müalicə edilir (Kislovods, Bakı, Həştərxan) . 1943-cü ilin martından 2102 № — li evakuasiya hospitalıın rəisinin siyasi məsələlər üzrə müavinidir (Stalinqrad), 1944-cü ilin aprelindən 1945-ci ilin noyabr ayınadək 2-ci, 3-cü, 4-cü Ukrayna Cəbhəsinin 31 saylı paylaşma-evakuasiya məntəqəsinin siyasi şöbəsinin baş təlimatçısıdır.

Ordudan sonra Rostova partiya işinə qayıdır: 1945-ci ilin dekabr ayından ÜİK(B)P MK yanında Partiya Nəzarət Komitəsinin nəzarətçisi, 1947-ci ilin may ayındanÜİK(B)P Stalin rayon komitəsinin ikinci katibidir.

1948-ci ilin sentyabr ayından Dövlət Təhlükəsizliyi Nazirliyinə (DTN) işə göndərilir. Aşağıdakə vəzifələri tutur:

  • DTN Krım vilayət üzrə idarəsi kadrlar şöbəsi rəisinin müavini (19 sentyabr 1948 – mart 1949-cu il)
  • DTN Rostov vilayət üzrə idarəsi kadrlar şöbəsi rəisinin müavini (mart 1949 – avqust 1950-ci il)
  • DTN Kursk vilayət üzrə idarə rəisinin kadrlar üzrə müavini (avqust 1950 – 7 aprel 1952-ci il)
  • DTN Kursk vilayət üzrə idarə rəisinin müavini (14 oktyabr 1952 – 16 mart 1953-cü il)
  • DTN Kursk vilayət üzrə idarə rəisi (14 oktyabr 1952 – 16 mart 1953-cü il)
  • DİN Kursk vilayət üzrə idarə rəisi (16 mart 1953 – 24 mart 1954-cü il)
  • DTK Kursk vilayət üzrə idarə rəisi (24 mart 1954 – 9 oktyabr 1956-cı il)
  • Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (27 oktyabr 1956 – 1 sentyabr 1959-cu il)
  • DTK Kursk vilayət üzrə idarə rəisinin müavini (8 dekabr 1959 – may 1965-ci il).

1965-ci ilin may ayından pensiyadadır. 1966-cı ilin fevralından qazanxana quraşdırma zavodunun texniki təhlükəsizlik şöbəsinin mühəndisi, 1966-cı ilin mart ayından vilayət yoltikinti tresti müdirinin müavini, 1973-cü ilin yanvar ayından vilayət avtomobil yolları inşası və istismarı istehsalat birliyinin texniki şöbəsinin müdiri, idarə rəisinin müavini. 1973-cü ilin mart ayından işləmir, 1977-ci ilin noyabr ayından vilayət avtomobil yolları inşası və istismarı istehsalat birliyinin mühəndisi.

Mükafatları

  • II dərəcəli Vətən müharibəsi ordeni (1945);
  • Qırımızı Ulduz ordeni (1945);
  • 13 medal ;

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fyodor kopılov sözünün mənası, fyodor kopılov haqqında məlumat. fyodor kopılov nədir? fyodor kopılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    S:Müəllif:Qövsi Təbrizi

  • Fevral 27, 2026

    Ehtiras

  • Fevral 27, 2026

    Nazim Süleymanov

  • Mart 01, 2026

    Rəşid Səməndər

  • Mart 01, 2026

    Zar nahiyəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst