Arundhati Roy (24 noyabr 1961, Assam) - Hindistan yazıçısı. Müharibə eləhinə yazılmış əsərləri ilə tanınmaqdadır. Ən məşhur əsəri "Kiçik Şeylərin Tanrısı" (The God of Small Things) adlı romanıdır.
| Arundhati Roy | |
|---|---|
| Suzanna Arundhati Roy | |
![]() Arundhati Roy | |
| Doğum tarixi | |
| Doğum yeri | Şilonq, Assam, |
| Vətəndaşlığı | |
| Milliyyəti | hindli |
| Təhsili | |
| Fəaliyyəti | ədəbiyyat, pasifist |
| Fəaliyyət illəri | 1996 - h.h. |
| Əsərlərinin dili | ingilis, hindu. |
| Janr | roman |
| İlk əsəri | "Kiçik Şeylərin Tanrısı" |
| Tanınmış əsəri |
|
| Mükafatları | Buker mükafatı - 1997 Lanan Mədəni Azadlıq mükafatı - 2002 Sidney Sülh mükafatı - 2004 |
![]() | |
Həyatı
24 noyabr 1961-ci ildə Hindistanın Assam əyalətinin Şilonq şəhərində xristian ananın və hind atanın qızı kimi anadan olmuşdur. Aymanam kəndində anasının idarə etdiyi məktəbdə oxudu. 16 yaşında evini tərk etdi. Dehli Memarlıq Məktəbində oxudu, amma heç vaxt memarlığı sevmədi. Sonra məktəbdə oxuyan biri ilə evləndi. Daha sonra Beynəlxalq Şəhər İşləri Dairəsində işləməyə başladı. İtaliyaya getdikdən sonra yazıçı olmağa qərar verdi. İkinci həyat yoldaşı ilə birlikdə bir televizor kanalı üçün, Hindistanda tələbələrin həyatından bəhs edən və Fulan Deyvi haqqında çəkilən filmlər üçün ssenari yazdı. Son əsəri məhkəməyə verildi və idman müəllimi oldu. Bu zaman romanını yazmağa başladı. Uşaqlarından ilham aldığı bu romanını 5 il içində 1996-cı ildə tamamaladı.
1997-ci ildə yazdığı ilk və tək romanı "Kiçik Şeylərin Tanrısı" İngiltərədə Buker mükafatını qazandı və bu mükafata layiq görülən ilk hindli qadın oldu.
"Küçədəki İnsanın İmperatorluk Bələdçisi" , "Ya çək dəftərini, ya da Kruz raketini" adlı kitabları da da siyasi mövzu daşıyır.
2002-ci ildə Lanan Mədəni Azadlıq mükafatı, 2004-cü ildə Sidney Sülh mükafatını qazanmışdır.
Mükafatları
- Buker mükafatı - 1997.
- Lanan Mədəni Azadlıq mükafatı - 2002
- Sidney Sülh mükafatı - 2004
Əsərləri
- "Kiçik Şeylərin Tanrısı" - 1997
- "Yaşamağın Qiyməti" - 2000
- "Sonsuz Ədalətin Cəbri" - 2002
- "Siyasi Güc" - 2002
- "Müharibə danışığı" - 2003
- "Küçədəki İnsanın İmperatorluk Bələdçisi" - 2004
- "İmperiya dövründə İctimai Hakimiyyət" - 2004
- "Ya çək dəftəri, ya da Kruz raketini" - 2004
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arundati roy sözünün mənası, arundati roy haqqında məlumat. arundati roy nədir? arundati roy nə deməkdir?

