Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kərrar Əbilov (28 aprel 1930, Şuşa – 28 yanvar 2016) — Azərbaycan siyasətçisi, Vahid Azərbaycan Partiyasının sədri. Psixologiya elmləri namizədi

Kərrar Əbilov

  • Ana Səhifə
  • Vikipediya
  • Kərrar Əbilov

Kərrar Əbilov (28 aprel 1930, Şuşa – 28 yanvar 2016) — Azərbaycan siyasətçisi, Vahid Azərbaycan Partiyasının sədri. Psixologiya elmləri namizədi

Kərrar Əbilov
Vahid Azərbaycan Partiyasının sədri
12 sentyabr 1991 – 28 yanvar 2016
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıTural Abbaslı
Şəxsi məlumatlar
Doğum tarixi 28 aprel 1930(1930-04-28)
Doğum yeri
  • Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 28 yanvar 2016(2016-01-28) (85 yaşında)
Fəaliyyəti siyasətçi

Həyatı

Kərrar Əbilov 1930-cu il aprel ayının 28-də Şuşa şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1941-ci ildən, elmi-pedaqoji və bədii yaradıcılıq fəaliyyətinə isə 1950-ci ildən başlayıb.

Onun "Odlu axın" adlı ilk hekayəsi 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetinin elan etdiyi müsabiqədə mükafata layiq görülüb, ilk məqaləsi isə 1951-ci ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çap edilib.

Həmin vaxtdan başlayaraq o, "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Bakı", "İnşaatçı", "Bilik" qəzetlərində, "İnqilab və Mədəniyyət" jurnalında vaxtaşırı məqalələr, hekayələr, şeirlər çap etdirib və eyni zamanda təhsilini davam etdirərək 1954-cü ildə Leninqrad Universitetini fərqlənmə diplomu ilə, 1964-cü ildə isə aspiranturanı müəyyən olunmuş vaxtdan 11 ay əvvəl bitirərək psixologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1952-ci ildən sırf pedaqoji fəaliyyətlə məşğul olan K. Əbilov təhsil sisteminin təkmilləşməsi, paklığı, sağlamlığı uğrunda həmişə mübarizə aparıb və təhsildə pərakəndəliyə qarşı, sistemin bütövlüyü, tamlığı uğrunda var qüvvə ilə çalışıb.

K. Əbilov Azərbaycanın müstəqilliyi, azadlığı, vahidliyi uğrunda mübarizənin həmişə ön sıralarında olub, Vahid Azərbaycan ideyasının təşəkkül tapıb təkmilləşməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mənəvi-psixoloji birliyinin yaradılması yolunda mümkün olan bütün vasitələrdən istifadə edib və etməkdədir.

Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı, Vahid Azərbaycan Partiyası, "Vahid Azərbaycan" qəzetinin yaradılmasında aparıcı rol oynayan K. Əbilov həm də həmin qurumların rəhbəri olaraq qalır.

Onun 1988-ci ildə yaratdığı Azərbaycan Milli Qurtuluş Cəbhəsi Ermənistanla sərhəddə və Dağlıq Qarabağda yerləşən, azərbaycanlılar yaşayan kəndlərin müdafiəsi yolunda çox tutarlı tədbirlər həyata keçirib və quduzlaşmış erməni millətçilərinin qarşısını ala biləcək özünümüdafiə dəstələri yaratmaqla azərbaycanlıların bu kəndlərdə kütləvi qırğınının qarşısını ala bilib.

Uzun illər indiki Slavyan Universitetində pedaqoq kimi çalışıb.

28 yanvar 2016-cı ildə vəfat edib.

Ailəsi

Bir oğlu, bir qızı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kərrar əbilov sözünün mənası, kərrar əbilov haqqında məlumat. kərrar əbilov nədir? kərrar əbilov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Quzanlı qəsəbəsi

  • Fevral 23, 2026

    Torpaq

  • Fevral 27, 2026

    Göyəmtala

  • Mart 01, 2026

    Sakramento koloniyası

  • Fevral 27, 2026

    Mancanaq

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst