Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Laçın əl-Mansuri ya da tam adı Məlik əl-Mənsur Hüsaməddin Laçın el-Mansuri (ərəb. الملك المنصور حسام الدين لاجين المنصورى‎; v. 16 yanvar 1299, Qahirə)- Misir və

Laçın əl-Mansuri

  • Ana Səhifə
  • Vikipediya
  • Laçın əl-Mansuri

Laçın əl-Mansuri ya da tam adı Məlik əl-Mənsur Hüsaməddin Laçın el-Mansuri (ərəb. الملك المنصور حسام الدين لاجين المنصورى‎; v. 16 yanvar 1299, Qahirə)- Misir və Suriyada 1296–1299-cu illərdə hökm sürmüş on birinci Məmluk Sultandır.

Hüsaməddin Laçın
Əl-Malik
Əl-Mənsur
Məmlük sultanı
7 dekabr 1296 – 16 yanvar 1299
ƏvvəlkiZeynəddin Kitbuğa
SonrakıNəsrəddin Məhəmməd
Şəxsi məlumatlar
Vəfat tarixi 16 yanvar 1299
Vəfat yeri
  • Qahirə, Məmlük dövləti, Misir
Fəaliyyəti siyasətçi, rəhbər
Ailəsi Bəhrilər
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Laçın, Sultan Mənsur Əlinin məmlüklü köləsi idi. Sarışın olduğu üçün Avropalılar onun German əsilli olduğunu iddia etsələr də Qafqazlı sarışın bir Çərkəz olması daha mümkündür.

1259-cu ildə bu Sultan Mənsur Əlinin taxtan endirilməsi ilə Kalavun tərəfindən satın alındı və onun yanında yetişib bacarıqlı olduğuna görə Əmir adını aldı.

1280-ci ildə Kalavun tərəfindən Dəməşq qalasının mühafizə komandanlığına gətirildi. Bu da əvvəl komandan olmuş Sunqur al-Askarın Dəməşqdə üsyan etməsinə və özünü sultan elan etməsinə səbəb oldu. Bu üsyanın yatırılması üçün Kahoredən qoşunlar gətirildi və bu qoşuna komandanlığı da Laçın edərək üsyan yatırtdı. Bu uğuru münasibətilə iyun 1280-ci ildə Laçın Suriya əyaləti valisi təyin edildi.

1295-ci ildə Laçın Məmlük Sultanı Kitbuganın naibi olmuşdur. Misir o il bir böyük quraqlıq keçirməkdə idi və əhali aclıq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Xalqa Sultan Kitboğanın dəstək verməməsi ilə sultana qarşı narazı oldular və Misir və Qahirədə asayiş durumu çox ciddiləşdi.

Laçın Çərkəz əsilli Məmlüklü əmirlərin də dəstəyini alaraq sentyabr 1296-cı ildə Sultan Kitbogayı taxtdan saldı və özü Məmlük sultanı olaraq taxta çıxdı. Kitboga Suriyaya qaçdı və Hamada valilik edərkən öldü, lakin quraqlıq, qıtlıq və aclıq problemləri həll edilməmişdir. Beləliklə, Laçın da xalqın dəstəyini qazanmadı. Daha uzun dövrlü bir islahat apararaq Misirdə torpaq sahibliyi probleminə əl atdı və kadastr islahatı aparmağa qərar verdi, amma bu qısa müddətli problemi həll etmədiyi kimi böyük torpaq sahiblərini də narazı etdi. İri torpaq sahiblərinin bu siyasətə qarşı çıxamaları qıtlıq və aclıq problemlərini daha da dərinləşdirdi. Seyfəddin Kirci adlı bir Məmlük əmirinin ətrafına toplaşan Məmlüklü əmrlər bir çözüm olaraq Laçın əleyhinə bir sui-qəsd hazırlayıb tətbiq etdilər. yanvar 1299-cu ildə bu sui-qəsdə nəticəsində Laçın və müavini Mengü Teymuru öldürdülər.

Bundan sonra bir müşavirə edən Məmlüklü əmrlər taxta 1295-ci ildə Sultan Kitboga tərəfindən taxtan endirilib Karak qalasına sürgünə göndərilmiş və o zaman hələ 14 yaşında olan Nasir Məhəmmədi ikinci dəfə Məmlük sultanı olaraq taxta keçirməyə qərar verdilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, laçın əl-mansuri sözünün mənası, laçın əl-mansuri haqqında məlumat. laçın əl-mansuri nədir? laçın əl-mansuri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Vaqner qiyamı

  • Mart 01, 2026

    Miyanku

  • Fevral 27, 2026

    Məaf

  • Mart 06, 2026

    Yatağan ilanlar

  • Mart 07, 2026

    Barıq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst