Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüzn ili, Kədər ili, Qəm ili və ya Senetül-Hüzn, Miladi təqvimlə təxminən 619-cu ilə müvafiq gələn və Hicri təqvimdə də mövcud olan bir ildir. Bu ilin belə adla

Hüzn ili

  • Ana Səhifə
  • Vikipediya
  • Hüzn ili

Hüzn ili, Kədər ili, Qəm ili və ya Senetül-Hüzn, Miladi təqvimlə təxminən 619-cu ilə müvafiq gələn və Hicri təqvimdə də mövcud olan bir ildir. Bu ilin belə adlandırılmasının səbəbi, İslam peyğəmbəri olan Məhəmmədin, həm əmisi olan Əbu Talibi, həm də ilk həyat yoldaşı olan Xədicəni bu ildə ardıcıl olaraq itirməsidir.

Məhəmmədin peyğəmbərliyinin onuncu ilində, Məkkəli Qureyşlilərin Haşim ailəsinə qarşı boykotu ləğv etməsindən təxminən doqquz ay sonra, əvvəlcə Məhəmmədin əmisi olan Əbu Talib, daha sonra isə onun birinci həyat yoldaşı olan Xədicə bu boykotun səbəb olduğu yorğunluq və xəstəliklərə görə üç günlük ara ilə bir-birlərinin ardınca vəfat etmişdirlər. Ona ən böyük dəstək verən bu iki mühüm şəxsin ölməsi Məhəmmədi hədsiz dərəcədə kədərləndirmişdir. Xədicə ona ilk iman gətirmiş şəxs olduğu halda, əmisi Əbu Talib isə uşaqlıqdan onun hamisi olmuş, daha sonra isə Məhəmməd öz peyğəmbərliyini elan edəndən sonra Məkkədə öz qövmünə qarşı onu bütün çətinliklərdən mühafizə etmişdir.

Mənbələrdə Xədicə və Əbu Talibin vəfat etdiyi Məhəmmədin peyğəmbərliyinin bu onuncu ili Hüzn ili adlandırılmışdır. Bu adın birbaşa olaraq Məhəmməd tərəfindən qoyulduğu da deyilir.

Əbu Talibin ölümündən sonra evindən nadir hallarda çölə çıxan Məhəmmədi Məkkə bütpərəstləri sərt şəkildə təhqir etməyə başlamışdırlar. Onun evinə müxtəlif tullantılar belə atırdılar. Bir gün isə onun başına torpaq atmışdırlar və bundan sonra o toz içində öz evinə qayıtmışdır. O, bu xoşagəlməz hadisəyə görə çox üzülmüş və ağlamış qızlarından birinə “Ağlama, qızım! Şübhəsiz ki, Allah atanızı qoruyacaqdır."deyə təsəlli vermişdir. Başqa bir gün isə o, Kəbənin yanında namaz qılarkən Əbu Cəhlin təşviqi ilə bir şəxs onun üzərinə qan və nəcis bulaşmış heyvan parçası atmışdır. Başqa bir gün isə o, Kəbənin yanında namaz qılarkən, Məkkəlilərdən biri səcdədə ikən onu boğmağa cəhd etmişdir; Əbu Bəkr onu bu vəziyyətdən xilas etmişdir.

Mənbələrdə bildirilir ki, Əbu Talibin vəfat etməsindən sonra Haşim oğullarının yeni rəhbəri olan Əbu Ləhəb ərəblər arasında mövcud olan qəbiləçiliyə və qohumlarının təkidinə görə Məhəmmədin himayəsini öz üzərinə götürmüş, lakin qısa bir müddət sonra Məkkəlilərin təhriki ilə bundan imtina etmişdir. Bu təzyiqlərə görə Məkkədə İslama dəvət fəaliyyəti çox çətinləşmiş, Məhəmməd öz dəvətini başqa bir şəhərdən həyata keçirmək və Qureyş əleyhinə başqa bir qəbilədən kömək istəmək qərarına gəlmişdir. Məhz buna görə də Taif şəhərinə getmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hüzn ili sözünün mənası, hüzn ili haqqında məlumat. hüzn ili nədir? hüzn ili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qazi Bürhanəddin

  • Fevral 26, 2026

    Pənjab dili

  • Fevral 27, 2026

    Olimpiya Oyunları

  • Fevral 26, 2026

    Evenklər

  • Mart 06, 2026

    Madhyamaka

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst