Suarası — Azərbaycan Respublikasının Laçın rayonunun Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Suarası kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
| Suarası | |
|---|---|
| 39°33′37″ şm. e. 46°40′06″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Laçın rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Suarası | |
Toponimikası
Yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Səfiyan kəndindən köçüb gəlmiş ailələr Binələr adlı sahədə salmışlar. Kəndin adı onun coğrafi mövqeyini əks etdirir. Oykonim su və arası sözlərindən ibarət olub, kəndin iki kiçik çay (sağda Vəlilər suyu və solda Noxudlu suyu) arasında yerləşdiyini bildirir. Hər iki su Xanalılar kəndinin yaxınlığında birləşərək Həkəri çayının qolu olan Zurdərə çayını əmələ gətirir.
Tarixi
Coğrafiyası və iqlimi
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, suarası sözünün mənası, suarası haqqında məlumat. suarası nədir? suarası nə deməkdir?
