Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jan Jirodu (tam adı: Jan Jirodu, fr. Jean Giraudoux; 29 oktyabr 1882[…] – 31 yanvar 1944[…], Paris) — fransız roman yazarı, esseçi, oçerkist, diplomat və dramat

Jan Jirodu

  • Ana Səhifə
  • Vikipediya
  • Jan Jirodu

Jan Jirodu (tam adı: Jan Jirodu, fr. Jean Giraudoux; 29 oktyabr 1882[…] – 31 yanvar 1944[…], Paris) — fransız roman yazarı, esseçi, oçerkist, diplomat və dramaturq. Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi arasındakı dövrdə yazıb-yaratmış ən mühüm fransız dramaturqlardan biri hesab edilir. Onun əsərləri bədii üslubu və poetik fantaziyasına görə xüsusilə qeyd olunur. Jirodunun müraciət etdiyi əsas mövzu qadın-kişi münasibətləridir - bəzi hallarda isə kişi ilə əlçatmaz hesab olunan ideal arasındakı münasibətlərdir.

Jan Jirodu
fr. Jean Giraudoux
Doğum adı Hippolyte Jean Giraudoux
Doğum tarixi 29 oktyabr 1882(1882-10-29)[…]
Vəfat tarixi 31 yanvar 1944(1944-01-31)[…] (61 yaşında)
Vəfat yeri
  • Paris
Təhsili
  • Paris Ali Normal Məktəbi
Fəaliyyəti dramaturq, ssenarist, diplomat, romançı, esseist, yazıçı
Əsərlərinin dili fransız dili
Mükafatları "Fəxri legion" ordeninin komandor dərəcəsi
İmza
Vikimənbənin loqosu Jan Jirodu Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Jirodu Yuxarı Vyenna departamentində Bellak kommunasında anadan olmuşdur. Atası Lejer Jirodu burada Nəqliyyat Nazirliyində işləyirdi. Jirodu Soda Lakanal liseyində təhsil almış, məzun olduqdan sonra Avropaya səyahətə çıxmışdır. 1910-cu ildə Fransaya qayıtdıqdan sonra Xarici İşlər Nazirliyindəki vəzifəni qəbul etmişdir. Birinci Dünya müharibəsinin başlaması ilə xidmətlərində xüsusilə fərqlənmiş və 1915-ci ildə müharibə dövründə "Fəxri Legion" ordeninə layiq görülən ilk yazıçı olmuşdur.

O, 1918-ci ildə ailə həyatı qurmuşdu və əsərlərinin əksəriyyətini müharibədən sonrakı dövrdə qələmə almışdır. İlk ədəbi uğurunu romanları vasitəsilə, xüsusilə də Siegfried et le Limousin (1922) və Eglantine (1927) əsərləri ilə qazanmışdır. Aktyor və teatr direktoru Lui Juve ilə 1928-ci ildə Juvenin Siegfriedi səhnə üçün hazırlaması ilə başlayan və davam edən əməkdaşlıq onu yazmağa həvəsləndirirdi. Lakin onu beynəlxalq səviyyədə tanıdan dram əsərləri idi. O, ingilis dilli cəmiyyətdə daha çox əsərlərinin Xristofor Fray (Troya müharibəsi baş verməyəcək) və Moris Valensi (Şeylunun dəliliyi, Su pərisi, Tilsimlənmiş, Bellakın Apollonu) tərəfindən mükafat qazanmış ssenariləri nəticəsində tanınmışdır.

Jirodu Florens Meyer Blumental ilə birlikdə 1919-1954-cü illərdə rəssamlara, heykəltəraşlara, tərtibatçılara, qravürçülərə, yazıçılara və musiqiçilərə verilmiş Priks Blumental mükafatı ilə təltif edilmə zamanı münsif kimi iştirak etmişdir.

Parisdə Passi məzarlığında dəfn edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, jan jirodu sözünün mənası, jan jirodu haqqında məlumat. jan jirodu nədir? jan jirodu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Miq.

  • Fevral 27, 2026

    Onqon

  • Fevral 27, 2026

    Medusozoa

  • Mart 01, 2026

    Şira aymağı

  • Fevral 27, 2026

    Məşum altılıq

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst