Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ballistika (alm. Ballistik‎. yun. ballo — atıram, tullayıram, tolazlayıram) İdarəolunmayan raketlərin, artilleriya mərmilərinin, aviabombaların, güllələrin və s

Ballistika

  • Ana Səhifə
  • Vikipediya
  • Ballistika

Ballistika (alm. Ballistik‎. yun. ballo — atıram, tullayıram, tolazlayıram) İdarəolunmayan raketlərin, artilleriya mərmilərinin, aviabombaların, güllələrin və s. hərəkətləri barədə elm. Ballistika, ali riyaziyyat, nəzəri mexanika, qaz dinamikası, termodinamika, barıtın və partlayıcı maddələrin və s. nəzəriyəsinə əsaslanan texniki fəndir. Daxili və xarici ballistika fərqlənirlər.

Daxili ballistika

Daxili ballistika, atıcı PM-in yanmasının təsirindən topun lüləsinin kanalında (mexaniki sərbəstliyi müəyyən şərtlərlə məhdudalaşan) mərminin və yaxud başqa cismin hərəkətini, eləcə də atəş zamanı lülə kanalında yaxud barıt raketinin kamerasındakı başqa proseslərin qanunauyğunluqlarını öyrənir. Daxili ballistika atəşi, barıtın kimyəvi enerjisinin istilik enerjisinə, sonra isə doldurmanın, mərminin və topun hərəkətli hissələrinin mexaniki işinə çevrilməsini qəliz termodinamik və qazodinamik proses kimi nəzərdən keçirərək atəş hadisəsində aşağıdakı mərhələləri fərqləndirir:

  • hazırlıq — barıtın yanmasının başlamasından mərminin hərəkətinin başlamasına qədər;
  • 1-ci (əsas) — mərminin hərəkətinin başlamasından barıtın yanmasının sonuna qədər;
  • 2-ci — barıtın yanmasının sonundan mərminin lülə kanalından uçması anına qədər(qazların adiabatik genişlənməsi mərhələsi) və
  • barıt qazlarının mərmiyə və lüləyə sonrakı-təsiri mərhələsi — mərminin lülə kanalından uçmasından ona qazların təsirinin kəsilməsinə qədər.

Daxili ballistikanın əsas bölmələri pirostatika, pirodinamika və topların, raketlərin, atıcı silahların ballistik layihələndirilməsidir. Pirostatika barıtın yanmasının qanunauyğunluqlarını və onun sabit həcmdə yanması zamanı qazın əmələ gəlməsini öyrənir.

Xarici ballistika

İdarəolunmayan raketlərin və mərmilərin silahın lüləsi ilə qarşılıqlı təsirin kəsilməsindən sonrakı hərəkətlərini, eləcə də bu hərəkətə təsir edən amilləri öyrənir. Onun əsas bölmələri: mərmiyə uçuş zamanı təsir edən qüvvə və anların öyrənilməsi; müəyyən başlanğıc və xarici şərtlərlə(xarici ballistikanın birbaşa məqsədi) trayektoriyasının elementlərini hesablamaq məqsədilə mərminin kütlə mərkəzinin hərəkətinin, eləcə də uçuşunun dayanıqlığını və yayılma xarakteristikalarının müəyyən olunması məqsədilə mərminin hərəkətlərinin kütlə mərkəzinə nisbət öyrənilməsi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ballistika sözünün mənası, ballistika haqqında məlumat. ballistika nədir? ballistika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Dəniz (albom)

  • Mart 05, 2026

    Velikiye Luki

  • Fevral 27, 2026

    Suva

  • Fevral 25, 2026

    Rəşad Nəbiyev

  • Fevral 27, 2026

    Sallaq tozağacı

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst