Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Antroposofiya [yun. Anthoropos – insan, sophia – müdriklik] – mistik dekadentçilik təlimi, teosofiyanın formalarından biri. İnsan ruhunun və dünyanın dərk edilm

Antroposofiya

  • Ana Səhifə
  • Vikipediya
  • Antroposofiya

Antroposofiya [yun. Anthoropos – insan, sophia – müdriklik] – mistik dekadentçilik təlimi, teosofiyanın formalarından biri. İnsan ruhunun və dünyanın dərk edilməsi metodları haqqında alman filosofu R. Ştayner tərəfindən yaradılmış təlim. Antroposofiya termini 17–19-cu əsrlərin bir sıra alim və filosofların (o cümlədən R. Fladd, K. Ekharhauzen, İ. Troksler, F. V. Y. Şellinq, İ. German, Fixte və s.-nin) əsərlərində rast gəlinir və Ştayner bu termini Avstriya filosofu R. Simmermanın "Antroposofiya oçerki" (1882) əsərindən götürmüşdür. Antroposofiya müstəqil hərəkat kimi 20-ci əsrin əvvəllərində tam formalaşmış və 1913-cü ildə Beynəlxalq Antroposofçular Cəmiyyəti yaradılmışdır. Yeni Avropa elm və fəlsəfəsinin rasional metodologiyasından bəhrələnən Antroposofiya elmi tədqiqatın müəyyən etdiyi faktı və fenomenləri materialist yozumundan ayıraraq onları "fövqəl hissi" idrakın nəticələri ilə tamamlayır. Fövqəl hissi idrakda aparıcı rol intellektual intuisiyaya ("xalis ideyaların qavranılmasına") və yeni ağıla tabeçi olan bəsirətə verilir ki, bu da arxaik keçmişin "instinktiv" bəsirətinə qarşı qoyulur. Bu idraki yüksəlişin ilkin şərti şəxsiyyətin mənəvi yüksəlişidir. Antroposofiya "Ruh haqqında elm" kimi bunu nəzərdə tutur ki, onun tədqiqatlarının nəticələri hamı üçün anlaşılan formada şərh edilir və yoxlanılmalı hipotezlər kimi qavranılır. İnsanın quruluşunda fiziki, efir və astral cisimlər (qeyri-üzvi, bitki və heyvanat aləminə uyğun), ruhun nüvəsi (təkrar olunmaz Mən), daha sonra indi onun təbiətində gizli formada mövcud olan və gələcəkdə inkişaf etməli üç yüksək ruhi prinsip fərqlənir. Artıq insanın morfoloji quruluşunda onun ruhu ilə bədəni arasında "hissi-fövqəlhissi forma" aşkar edilir; xarici qavramanın əsasını əsəb və sensor sistemləri, hissetmənin əsasını tənəffüs və qan dövranı, iradənin əsasını metobolizm və əl-ayaq hərəkəti təşkil edir. Ç. Darvinin və E. Hekkelin təkamül ideyaları Antroposofiyada Q. E. Lessinqin irəli sürdüyü reinkarnasiya hipotezi ilə uyğunlaşır. Bədən irs qanununa məxsusdur; nəfs özünün yaratdığı taleyə aiddir. İnsanın özünün yaratdığı tale onun karması adlandırılır. Ruh isə yenidən təcəssüm, yaxud reinkarnasiya qanununa məxsusdur. Tarixin gedişində insanın təcəssümdən təcəssümə fərdiləşməsi artır. Antroposofya ideyaları öz praktik təcəssümünü şəxsiyyətin inkişafının yeddiillik mərhələsi konsepsiyasına əsaslanan pedaqogikada, təbiətdə, müalicəvi pedaqogikada və sosial terapiyada, incəsənətdə, kənd təsərrüfatında tapmışdır. 1962-ci ildə əkinçi-antroposoflar M. Spok, M. Riçards və bioloq R. Karson ətraf mühitin mühafizəsi hərəkatını başlamışlar. R. Ştaynerin və onun ardıcıllarının işləyib hazırladıqları evritmiya – nitqin və musiqinin səslənməsini plastik formada təcəssüm etdirən hərəkət sənəti pedaqoji və terapevtik praktikada, həmçinin səhnə quruluşlarında tətbiqini tapmışdır. A. Belıy, M. A. Voloşin, V. V. Kandinski, M. A. Çexov, B. Volter, A. Şönberq, Ş. E. le Karbüz ye, S. Bellou və b. ziyalılar Antroposofiyanın təsirini duymuşlar. R. Ştaynerin iştirakı ilə 1922-ci ildə protestant pastoru F. Rittelmayer tərəfindən Avropada, İkinci dünya müharibəsindən sonra ABŞ-da və dünyanın digər ölkələrində geniş yayılmış xristian icması – dini yeniləşmə hərəkatı (mərkəzləri Ştutqartda və Berlində) yaranmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, antroposofiya sözünün mənası, antroposofiya haqqında məlumat. antroposofiya nədir? antroposofiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pristigasteridae

  • Fevral 26, 2026

    Pinqvin

  • Fevral 27, 2026

    Qibti əlifbası

  • Mart 01, 2026

    Çeçenistan bayrağı

  • Mart 02, 2026

    Çubu regionu

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst