Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdri

Solon

  • Ana Səhifə
  • Vikipediya
  • Solon

Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri.

Solon
q.yun. Σόλων ο Αθηναίος
Doğum tarixi təq. e.ə. 630(-630)
Doğum yeri
  • Qədim Afina
Vəfat tarixi təq. e.ə. 560(-560) (69–70 yaşında)
Vəfat yeri
  • Kipr, Akrotiri və Dekeliya, Birləşmiş Krallıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir. Qədim zadəgan nəslindən olan Solon son Afina çarının nəvəsi idi. Lakin valideynləri yoxsullaşmış və gənc Solon zeytun yağı alveri ilə məşğul olmuşdur. Bu cür ticarət sayəsində hələ gənclik illərindən uzaq, yaxın ölkələri gəzib dolaşmış, dünyanın hər cür üzünü görmüşdü. Doğma şəhərinə qayıdanda artıq o yetkin bir ər və müdrik bir şair idi. Az sonra afinalılar bu adamın sarsılmaz vicdan və ədalət sahibi olduğunu görüb hər şeydə məsləhət üçün ona müraciət edirdilər. Solonun həyat haqqında, insan təbiəti haqqında qısa, aforistik şeirləri dillər əzbəri oldu.

İslahatları

E.ə. 594-cü ildə Solon Afinanın arxontu seçilmiş və dövlət islahatları keçirmək üçün qeyri-məhdud səlahiyyətlər almışdı. Bu hökmdar qədim yunan dövlətçiliyi tarixinə demokratik idarəetmənin əsaslarının təşəkkülünə yardım edən islahatçı kimi daxil olmuşdur. Attikada siyasi həyatın demokratikləşdirilməsinə doğru atılan zəruri addımlar kimi baxılan – attika əhalisinin borclarının silinməsi, borc əsarətinin ləğvi, iri mülkədarlığın məhdudlaşdırılması, "geliyeyanın" – prisyajnılar məhkəməsinin tətbiqi onun adı ilə bağlıdır. Dövlətin məhkəmə funksiyalarının bir hissəsinin geniş xalq təbəqələrinə verilməsini ifadə edən məhkəmə iclasçılarının tətbiqi, yeni yaranmaqda olan Afina demokratiyası üçün xüsusi əhəmiyyətə malik idi. Solonun dövründə Afinanın siyasi quruluşu əmlak təbəqələşməsi üzərində qurulmuşdu. Cəmiyyət dörd sinfə bölünmüşdü: "pentakosiomedimnlər" — daha varlı vətəndaşlar, "hippeylər" — atlılar, "zevgitlər" — ağir silahlı piyada döyüşçüləri, "fetlər"- sənətkarlar. Yalnız ilk üç sinif dövlət vəzifələrinə keçə bilərdilər, birinci sinif isə arxont vəzifəsinə iddia edə bilərdi. Bununla yanaşı, dördüncü sinif də siyasi hüquqlar əldə etdi. Xalq yığıncağı — "ekklesiyada", əhalinin aşağı təbəqələri vəzifəli şəxslərin seçilməsinə və dövlət siyasətinin ümumi kursunun müəyyən edilməsinə təsir göstərə bilərdilər. Nəhayət, məhkəmə iclaslarında iştirak etməklə, xırda sənətkarlar və tacirlər vəzifəli şəxslərin sui-istifadə hallarını təcrid edə bilərdilər.

Solonun dövründə dövlətçilik mədəniyyəti özündə ənənəvi mədəni qaydaları və adətlərlərinin gələcək Afina demokratiyasının yeni idarəetmə formaları ilə sintezini ifadə edirdi. Solonun islahatları kompromis xarakter daşıyırdı və heç bir sosial problemi həll etmirdi. Buna baxmayaraq zadəgan institutlarının rolu, polislərin qəbilə filalarına köhnə bölgüsü saxlansa da, Solonun bir sıra yeni qanunları qəbilə hüququnun əsaslarını sarsıtdı, sənətkarlığın və ticarətin inkişafını stimullaşdırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Solon haqqında məlumat. Solon nədir? Solon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Tehran ostanı

  • Fevral 24, 2026

    Tenqriçilik

  • Fevral 23, 2026

    Elektromənfilik

  • Fevral 23, 2026

    Habsburqlar

  • Fevral 25, 2026

    Ənvər Xoca

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst