Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəhlul Danəndə (ərəb. بهلول‎; 749, Kufə – 807, Bağdad) və ya Əbu Vuheyb ibn Amr ibn əl-Muğirə əl-Kufi əs-Səyrafi — şəxsiyyəti naməlum sufi. Harun ər-Rəşidin çağ

Bəhlul Danəndə

  • Ana Səhifə
  • Vikipediya
  • Bəhlul Danəndə

Bəhlul Danəndə (ərəb. بهلول‎; 749, Kufə – 807, Bağdad) və ya Əbu Vuheyb ibn Amr ibn əl-Muğirə əl-Kufi əs-Səyrafi — şəxsiyyəti naməlum sufi. Harun ər-Rəşidin çağdaşıdır.

Bəhlul Danəndə
ərəb. بهلول‎
Doğum tarixi 749(0749)
Doğum yeri
  • Kufə, İraq
Vəfat tarixi 807(0807) (57–58 yaşında)
Vəfat yeri
  • Bağdad, Abbasilər xilafəti

Mündəricat

Bioqrafiyası

Əslən kufəli olan Bəhlul, IX əsrdə Bağdadda yaşamışdır. Abbasi xəlifəsi Harun ər-Rəşid ilə olan münasibətindən ötrü onu "Bəhlul ər-Rəşid" də adlandırmışlar. Mənbələrin verdiyi məlumatlara görə Bəhlul ilk vaxtlar saf və dəli olmayıb. Sonradan ilahi cazibəyə qapılaraq mənliyini itirmiş, bir daha özünə gələ bilməmiş, nəfsi istəkləri tamamı ilə silinib yox olmuşdur. Mənbələrin yazdığına görə Bəhlulun halı və hərəkətləri olduqca qəribə olub: Yarı dəli halda olmasına baxmayaraq sözləri epiqramlı və iynələyici, hərəkətləri isə mənalı və xəbərdaredici olub.

Haqqındakı mənqibələrin verdiyi məlumata görə Bəhlul, təkliyi sevən, xarabalıq və qəbiristanlıqlarda gəzən, uşaqlar tərəfindən ələ salınıb, daşa basılan bir şəxs olub. Bəhlulun lətifələri həm yumoristik, həm də düşündürücü idi. O, insanların utanıb çəkindikləri davranış və sözləri rahatlıqla dilə gətirər, Harunun xətalarını birbaşa üzünə deyər və bundan qorxub çəkinməzmiş. Mənqibələrdə onun Harun qardaşı, qardaşının oğlu və ya dostu olduğu haqqında müxtəlif məlumatlar vardır. Ondan soruşulan suallara qəhqəhə çəkərək cavab verər, insanlara öyüd-nəsihət edərmiş. Bəzi mənbələrin bildirdiyinə görə o, hicri 190-cı ildə (806) vəfat etmişdir.

Təsəvvüf mənbələrində onun Allah aşiqi bir sufi olduğu qeyd olunmuşdur. Bir çox mənbə onun mənqibə və lətifələrinə yer vermişdir.

Şiələr Bəhlulun Cəfər əs-Sadiqin tələbəsi olduğunu deyirlər. Bu isə tarixi baxımdan mümkün görünmür. Bəziləri də onun Musa əl-Kazım və ya Əli ər-Rzanın tələbəsi olduğunu qeyd ediblər. Amma onun şiə olduğunu göstərən heç bir elmi fakt aşkarlanmamışdır. Bəhlulun Əymən ibn Nail və Amr ibn Dinar kimi şəxslərdən rəvayət etdiyi hədislər mühəddislər tərəfindən mötəbər hesab olunmamışdır.

Əsərləri

Bəhlula aid olduğu düşünülən əlyazmalar sonrakı dövrlərdə "əl-Qəsidətül-Bühluliyyə" adı altında cəmlənmişdir.

Folklorda

Əsasən, ərəb folkloru surəti olan Bəhlul Danəndə, dünya folklorundakı "ağıllı axmaqlar"ın Şərq prototipidir. Bəhlul danəndə bir çox lətifə, didaktik şeir və hekayənin hökmdar, ruhani və varlılara qarşı çıxan hazırcavab, tədbirli və müdrik qəhrəmanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatında da Bəhlul Danəndənin adı ilə bağlı lətifələr var. Xalq arasında Divanə Bəhlul kimi də tanınmışdır.

Ədəbiyyat

  • "Ön söz". Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. — səh. 427–430.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bəhlul danəndə sözünün mənası, bəhlul danəndə haqqında məlumat. bəhlul danəndə nədir? bəhlul danəndə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mehman göl

  • Fevral 23, 2026

    Cənubi Koreya

  • Mart 06, 2026

    Çubuqluca

  • Fevral 27, 2026

    Bəluclar

  • Mart 03, 2026

    Aşağı Qaraçanlı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst