Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sara Sarayeva (Tağıyeva) (20 may 1899, Bakı – 15 dekabr 1991, Bakı) — Hacı Zeynalabdin Tağıyevin qızı və onun maarifpərvər və xeyriyyəçi fəaliyyətinin araşdırıc

Sara Sarayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Sara Sarayeva

Sara Sarayeva (Tağıyeva) (20 may 1899, Bakı – 15 dekabr 1991, Bakı) — Hacı Zeynalabdin Tağıyevin qızı və onun maarifpərvər və xeyriyyəçi fəaliyyətinin araşdırıcısı və təbliğatçısı, dissident.

Sara Sarayeva
Sara Zeynalabdin qızı Tağıyava
Doğum tarixi 20 may 1899(1899-05-20)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 15 dekabr 1991(1991-12-15) (92 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan SSR→
Azərbaycan Azərbaycan
Atası Hacı Zeynalabdin Tağıyev
Anası Sona Tağıyeva
Milliyyəti azərbaycanlı
Fəaliyyəti kitabxanaçı

Mündəricat

Həyatı

Sara Zeynalabdin qızı Tağıyeva 1899-cu il mayın 20-də Bakıda anadan olub. İbtidai təhsilini atasının açdığı Qızlar Məktəbində alıb. Daha sonra Peterburq Universitetində təhsil alıb.

1916-cı ildə Zeynal bəy Səlimxanovla ailə həyatı qurub. 1917-ci ildə bir qız övladı (Səfiyyə Səlimxanova) dünyaya gəlib.

Atasının vəfatından (1924) sonra sovet hökuməti tərəfindən sıxışdırılan Sara 1931-ci ildə ailəsindən ayrılaraq Peterburqa köçüb. Orada zavodların birində çilingər köməkçisi işləyib. Eyni yerdə mühasib işləyən tatar mənşəli Nikolay Sarayevlə ailə həyatı qurub. Ondan Oleq və Lev adında iki oğlu olub. Nikolay Sarayev II Dünya müharibəsi cəbhəsində həlak olub.

1934-cü ildə S. M. Kirovun qətlə yetirilməsində şübhəli bilinərək saxlanılıb. Heç bir sübut olmadığından bir müddət sonra azadlığa buraxılıb.

Müharibədən sonra Sara Sarayeva Bakıya qayıdıb. 1955-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda kitabxanaçı işləməyə başlayıb. Lakin burada atasının maarifpərvər və xeyriyyəçi fəaliyyətinin təbliğatı ilə məşğul olduğuna görə sıxışdırılıb və 1957-ci ildə müxtəlif bəhanələrlə işdən çıxarılıb. Ömrünün sonuna qədər heç bir yerdə işləməyib.

1991-ci il dekabrın 15-də Bakıda vəfat edib. Cənazəsi özünün doğulduğu, sonradan Tarix Muzeyi olmuş binadan götürülüb.

Fəaliyyəti

Sara xanım bütün ömrü boyu Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin həqiqi qiymətinin verilməsi, atasının təmiz adının bərpası uğrunda mübarizə aparıb. O, sovet dövrünün tarix kitablarında Hacı Zeynalabdin Tağıyevin "sinfi düşmən" kimi təqdim olunmasının düzgün olmadığını, onun bir milyonçu olsa da inqilabdan əvvəl Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafında misilsiz xidmətləri olduğunu arxiv sənədləri ilə sübuta yetirib. Sara xanım atasının maarifpərvər və xeyriyyəçi fəaliyyəti haqqında topladığı çoxsaylı faktları və arxiv materiallarını dövlət idarələrinə, elm və təhsil müəssisələrinə təqdim edib. Hətta bu mövzuda dissertasiya da yazıb.

Sara Sarayeva öz məqsədinə yalnız ömrünün son illərində qismən nail olub. Belə ki, 1980-ci illərin axırlarında artıq mətbuat səhifələrində Hacı Zeynalabdin Tağıyev şəxsiyyətinin həqiqi qiymətinin verildiyi yazılar yazılmağa, böyük xeyriyyəçi haqqında ictimai tədbirlər keçirilməyə başladı. Sara xanım ilk dəfə dövlət televiziyasının efirinə çıxdı. Onun haqqında hətta sənədli film də çəkildi.

Ədəbiyyat

  1. "Я – дочь бакинского миллионера Тагиева". Документы о жизни и барбе Сары Сараевой-Тагиевой. Bakı: "Azpoliqraf", 2023, 208 s.

Filmoqrafiya

  1. Ata (1988) — sənədli film (rej. Ayaz Salayev)
  2. "BİR ÖMÜRDƏ İKİ TALE"-sənədli film

Həmçinin bax

  • Hacı Zeynalabdin Tağıyev
  • Ata (film, 1988)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sara sarayeva sözünün mənası, sara sarayeva haqqında məlumat. sara sarayeva nədir? sara sarayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Yefim Qurviç

  • Fevral 23, 2026

    Hiraqana

  • Fevral 27, 2026

    Messina

  • Fevral 27, 2026

    Göygöl (Ordubad)

  • Mart 01, 2026

    Çigil

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst