Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aisel 2022-ci ilin payızından "SS Production" şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. "SS Production"-dan Şuşa sinqlını təqdim edən ifaçı, şirkətlə albom haz

ON (albom)

  • Ana Səhifə
  • Vikipediya
  • ON (albom)

ON – Azərbaycanlı bəstəkar-müğənni Aiselin Azərbaycan dilindəki ilk studiya albomudur.

ON
AISEL tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 3 mart 2023
Yazılma tarixi 2022–2023
Studiya STKHA
Janr Pop, Folk-Pop, Elektronik
Müddət 30:26
Dil Azərbaycanca
Leybl BEAT Music
Prodüser Emin Kərim
ON albomundan sinqllar
  1. "Yağış"
    Yayımlanıb: 23 yanvar 2023
  2. "Qaradan Qara"
    Yayımlanıb: 3 mart 2023

Mündəricat

Fon və yazılma

Aisel 2022-ci ilin payızından "SS Production" şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. "SS Production"-dan Şuşa sinqlını təqdim edən ifaçı, şirkətlə albom hazırlıqlarına başlamışdır. Albomdakı bütün mahnıların musiqisi ifaçının özünə aiddir. Albomdakı "Dönən Deyiləm" və "Unuda Bilmədim" mahnıları xaric digər 8 mahnının sözləri Aiselə məxsusdur. "Dönən Deyiləm" mahnısının sözləri Nəriman Abbaszadə, "Unuda Bilmədim" mahnısının sözlərini isə Ceyhun Bayramlı (Jay Hun) yazmışdır. Albomdakı mahnıların aranjimanı və miks-masterinqi Emin Kərimə aiddir. Aisel albomdan ilk növbədə 23 yanvar 2023-cü ildə "Yağış" mahnısına, 3 mart 2023-cü ildə isə "Qaradan Qara"mahnısına çəkilən klipi təqdim etmişdir.

Təqdimat

İfaçı albomu "BEAT Music" etiketi ilə 3 mart 2023-cü ildə ilk növbədə rəqəmsal musiqi platformalında təqdim etmişdir. 3 mart 2023-cü ildə "Xəzər FM" və "Araz FM"-də yayımlanan radio proqramlarında qonaq olmuşdur. 6 mart 2023-cü ildə "MTV"-də yayımlanan "Səhərin səsi" verlişində qonaq olmuşdur. Proqramda albomdan "Yenə, Yenə", "Dönən Deyiləm" və "Qaradan Qara" mahnılarını ifa etmişdir. 8 mart 2023-cü ildə Elekta Event Hall-da dünyaca məşhur fransalı DJ, müğənni Willy William, Azərbaycanlı DJ Kənan Hüseynovla (səhnə adı DJ Kenan Drums) birlikdə konsertdə səhnə alan ifaçı albomdakı mahnılarını səsləndirmişdir. Müğənni konsertdə hər bir mahnını rəqs nömrəsi ilə təqdim etmişdir. Onu səhnədə dörd ukraynalı rəqqasə müşayiət etmişdir.

Albom rəqəmsal musiqi platformalına çıxdığı gündən 3 gün sonra Apple Music-də Azərbaycanın ən çox dinlənilən musiqi albomları siyahısında birinci pilləyə qədər irəliləmişdir.

Mahnıların siyahısı

Albom
№BaşlıqSözlərMusiqiaranjiman, miks-masterinqMüddət
1."Yenə, Yenə"AISELAISELEmin Kərim3:03
2."Yarımsan"AISELAISELEmin Kərim3:25
3."Dönən Deyiləm"Nəriman AbbaszadəAISELEmin Kərim3:07
4."Yağış"AISELAISELEmin Kərim3:46
5."Gedirəm"AISELAISELEmin Kərim3:08
6."Səssiz"AISELAISELEmin Kərim1:56
7."Unuda Bilmədim"Ceyhun BayramlıAISELEmin Kərim3:02
8."Bu Gecə"AISELAISELEmin Kərim2:19
9."Filmin Sonu"AISELAISELEmin Kərim3:38
10."Qaradan Qara"AISELAISELEmin Kərim3:02
Ümumi müddət:30:26

Video kliplər

Yağış

Albomun ilk sinqlı olan "Yağış" mahnısını albomun çıxış tarixindən 1 ay əvvəl klipi ilə birlikdə təqdim edilmişdir. Söz və musiqisi Aiselə məxsus olan klipin rejissoru Vankuver Beynəlxalq Film Festivalında "İlin ən yaxşı qısametrajlı filmi" kateqoriyasında qalib gələn Meran İsmailsoydur. Klipdə Aiselin tərəf müqavili rəqqas İsmayıl Məmmədzadə olmuşdur. İfaçı klipin təqdimatı zamanı mətbuata açıqlamasında bu fikirləri bildirmişdir:

" “Bu il dinləyicilər həm ifa olaraq, həm də görüntü olaraq başqa bir Aisel görəcəklər. Keçən il “SS production”la “Şuşa” musiqili-qrafik layihəsini təqdim etdikdən sonra qərara gəldik ki, işbirliyimizi albomla davam etdirək. Albomdan ilk sinqlı sizə təqdim edirəm. Sevgini, ayrılığı, həsrəti özündə birləşdirən mahnıya çəkilən klip 2 gün ərzində lentə alınıb. Klip üzərində 25 nəfərlik çəkiliş qrupu iştirak edib. Ümid edirəm ki, bu mahnı soyuq havada sınıq qəlblərə məlhəm olacaq” "

Qaradan Qara

Albomun ikinci tanıtım sinqlı olan "Qaradan Qara" klipini albomla birlikdə təqdim etmişdir. Söz və musiqisi Aiselə məxsus olan klipin rejissoru Röyal Cəfərovdur. Klipdə Aiseli 6 ukraynalı rəqqasə müşayiət etmişdir.

Hit parad

Siyahı Ən
yüksək
Apple Music Azərbaycan Top 100 1

Çıxış tarixi

Ölkə Tarix Format(lar) Leybl
Dünya miqyasında 03 mart 2023 Rəqəmsal yükləmə "BEAT Music"

Albom üzərində çalışanlar

  • Vokal: AISEL
  • Arxa Vokal: AISEL
  • Söz: AISEL (1,2,4,5,6,8,9,10), Nəriman Abbaszadə (3), Ceyhun Bayramlı (7)
  • Musiqi: AISEL
  • Aranjiman, Miks, Masterinq, Səs yazma: Emin Kərim
  • Albom qapaq şəkli: Azər Cəfər
  • Albom qapaq şəkli geyim: "Larc Collection"
  • Qrafik dizayner: Pavel Luzhetskiy
  • Baş prodüser: Aysel Rəcəbli
  • Səsyazma studiyası: STKHA
  • Musiqi leyblı: BEAT Music
  • Leybl menecer: Amal Əlili
  • İstehsal şirkəti: SS Production

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, on (albom) sözünün mənası, on (albom) haqqında məlumat. on (albom) nədir? on (albom) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kırım

  • Fevral 27, 2026

    Müzəffərilər sülaləsi

  • Mart 07, 2026

    Yanis Varufakis

  • Mart 06, 2026

    Əsl əzvay

  • Fevral 27, 2026

    Biqa yarımadası

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst