Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndi (1438[…] – 1491) — təzkirəçi, ədəbiyyatşünas, şair, "Təşkirətüş-şüəra" əsərinin müəllifi

Dövlətşah Səmərqəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Dövlətşah Səmərqəndi

Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndi (1438[…] – 1491) — təzkirəçi, ədəbiyyatşünas, şair, "Təşkirətüş-şüəra" əsərinin müəllifi

Dövlətşah Səmərqəndi
Doğum tarixi 1438(1438)[…]
Vəfat tarixi 1491(1491) (52–53 yaşında)
Fəaliyyəti şair, yazıçı

Mündəricat

Həyatı

Dövlətşah Səmərqəndi 1431, 1436, yaxud 1438-ci ildə Səmərqənddə doğulmuşdur. Onun atası Əmir Teymurun oğlu Şahruxun mömin əmirlərindən olmuşdur.

O, türk və bütövlükdə Şərq ədəbiyyatının qüdrətli mütəfəkkirlərindən biridir.

Görkəmli alim və şair 1491-ci ildə (bəzi mənbələrdə 1495, yaxud 1507) vəfat etmişdir.

Yaradıcılığı

Dövlətşah Səmərqəndi Şərq və türk ədəbiyyatı tarixində "Təzkirətüş-şüəra" adlı məşhur təzkirəsi ilə tanınmaqdadır. Bu təzkirə ilk dəfə 1887-ci ildə anaonim redaktor tərəfindən Bombeydə yayınlanmışdır. Əsər Azərbaycanda Əlyazmalar İnstitutu tərəfindən 1987-ci ildə nəşrə hazırlansa da, yalnız 2022-ci ildə yayınlanmışdır.

Haqqında

Bəzi mənbələrdə fars-tacik alimi kimi anılan Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndinin şəxsiyyəti və təzkirəsi haqqında türk alimi professor Əhməd Atəş yazır:

"O, hicri qəməri 830-840 (1427-1436)-cı illər arasında anadan olmuş bir türk bəyzadəsi idi. Uzun müddət Teymurlu şahzadələrin xidmətində və saraylarında qaldıqdan sonra, Əlişir Nəvaiyə görə, öz istəyi ilə bunlardan ayrılmış və Xorasandakı malikanəsinə çəkilərək guşənişin bir həyat keçirmişdir. 50 yaşının içində ikən İran ədəbiyyatının bütün dövrlərini əhatə edən "Təzkirətüş-şüəra"sını yazmağa başlamış və onu hicri qəməri 892 (1487)-ci ildə tamamlamışdır. O, bu əsəri dövrünün hakimi Sultan Hüseyn Bayqaraya və Əlişir Nəvaiyə ithaf etmişdir. Ölümü h.q. 896 (1490-91)-ci ildən az sonra h.q. 900 (1494-95)-ci ildədir".

Nihad Sami Banarlı isə Dövlətşah təzkirəsini belə qiymətləndirirdi:

"Övfinin təzkirəsi bir talesizlik üzündən ancaq 1594-cü ildən bu yana meydana çıxdığı üçün XV əsrdən bəri İran və türk təzkirələrinin başlıca örnəyi Dövlətşah təzkirəsi olmuşdur".

Dövlətşahın təzkirəsi Azərbaycan ədəbiyyatşünaslığı üçün həm də ilk dəfə olaraq İzzəddin Həsənoğlu haqqında məlumat verməsi baxımından mühümdür. Dövlətşah Səmərqəndi onun əsfərainli olması, farsca və türkcə şerlər yazması, əsərlərinin Azərbaycanda və Rumda məşhur olması haqqında da danışmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dövlətşah səmərqəndi sözünün mənası, dövlətşah səmərqəndi haqqında məlumat. dövlətşah səmərqəndi nədir? dövlətşah səmərqəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yusif Nabi

  • Fevral 27, 2026

    Moldaviya knyazlığı

  • Mart 06, 2026

    Səməd Mövləvi

  • Mart 01, 2026

    Donatello Versaçe

  • Mart 01, 2026

    Puatye (rayon)

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst