Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qinkaku məbədi (銀閣寺, Qinkaku-ci?, azərb. "Gümüş pavilyon məbədi"‎) və ya rəsmi adı ilə Cişo məbədi (慈照寺, Cişo-ci?, azərb. "Parlayan mərhəmət məbədi"‎) – Yaponiy

Qinkaku məbədi

  • Ana Səhifə
  • Vikipediya
  • Qinkaku məbədi

Qinkaku məbədi (銀閣寺, Qinkaku-ci?, azərb. "Gümüş pavilyon məbədi"‎) və ya rəsmi adı ilə Cişo məbədi (慈照寺, Cişo-ci?, azərb. "Parlayan mərhəmət məbədi"‎) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən buddist məbədi. Zen buddizminin Rinzay sektasının Şokokuci qoluna aiddir. Tərk edilmiş Tenday monastırı olan Codo məbədinin ərazisində yerləşir. Məbəd Hiqaşiyama mədəniyyətinə aid edilir.

Zen buddizminin Rinzay sektası
Qinkaku məbədi
Qinkaku-ci (銀閣寺?)
Qinkaku (zal)
Qinkaku (zal)
Xəritə
Yerləşməsi
Ölkə
  •  Yaponiya
Yeri Sakyo, Kioto, Kioto prefekturası
Memarlıq
İnşa tarixi 1465 – 1483
Tikdirəni Aşikaqa Yoşimasa
shokoku-ji.jp/ginkakuji/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Toqudo zalı.

Səkkizinci Muromaçi şoqunu olan Aşikaqa Yoşimasa 1465-ci ildə özü üçün iqamətgah tikdirməyə qərar vermiş və ən keyfiyyətli materialları tapmaq üçün bütün əyalətlərdə axtarış əmri vermişdir. İqamətgahın tikintisi 1483-cü ildə tamamlanandan sonra Yoşimasa buraya köçmüşdür. 1485-ci ildə Şokoku məbədinin keşişi olmuş və 1490-cı ildə öldükdən sonra vəsiyyəti əsasında iqamətgah məbədə çevrilmişdir. Yoşimasanın ölümündən sonrakı dini titulu Cişoin olduğu üçün məbədə Çişo adı verilmişdir.

Şokoku məbədinin ilk abbatı olan Zen keşişi Muso Soseki məbədin ilk fəxri abbatı seçilmişdir. Yoşimasa tərəfindən oğulluğa götürülən Hoşo Şuzay isə məbədin ikinci abbatı təyin edilmişdir. Qinkaku məbədinin bir çox abbatı Konoe kimi zadəgan ailələrindən seçilirdi.

Məbəd qeydlərinə görə Qinkaku məbədi əslində 12 tikilidən ibarət olmuşdur. 1397-ci ildə tikilmiş Kinkaku məbədindən təsirlənən Yoşimasa məbədin Kannon zalına gümüş üzlük çəkdirmək istəmiş, lakin öldüyü üçün bunu edə bilməmişdir. Gümüş üzlüyün heç vaxt çəkilməməsinə baxmayaraq Kannon zalı "Gümüş pavilyon" (Qinkaku) adı ilə tanınmış və bu ad məbədin adına çevrilmişdir. Tenbun erasında baş vermiş böyük yanğın məbədi məhv etmiş, orijinal tikililərdən ancaq Qinkaku zalı və Toqudo zalı salamat qalmışdır. Meyci dövründə məbəd yararsız hala düşmüş, lakin ianələr və hökumət dəstəyi sayəsində bərpa olunmuşdur.

Quruluşu

Qinkaku binası ikimərtəbəli strukturdur. Birinci mərtəbə şoin üslubundadır. Yoşimasanın meditasiya ilə məşğul olduğu otaq bu mərtəbədə yerləşir. İkinci mərtəbə qızılla bəzədilmiş Kannon təsvirinə ev sahibliyi edir. Yoşimasanın yaşadığı və özəl ibadətgahı olan Toqudo zalında budda Amidaya və Yoşimasaya həsr olunmuş səcdəgahlar, eləcə də, Aşikaqa şoqunlarının xatirə lövhələri yerləşir. Binanın şimal-şərq küncündə Yoşimasa tərəfindən dizayn edilmiş çaşitsu mövcuddur. Bu çay otağı Yaponiyadakı ən qədim çaşitsu hesab olunur.

Toqudo və Qinkaku zalları arasında bağ yerləşir. Bu bağ Sayho məbədinin bağı əsasında təşkil olunsa da, Kaney erasında yenidən təşkil olunmuşdur.

Qalereya

  • Qum bağçası.
    Qum bağçası.
  • Qışda.
    Qışda.
  • Bağı.
    Bağı.
  • Darvazası.
    Darvazası.
  • Gölməçəsi.
    Gölməçəsi.
  • Planı.
    Planı.

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild. Tokio: Kodansha. 1983. səh. 33. ISBN 0-87011-623-1. İstifadə tarixi: 2 iyul 2022.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qinkaku məbədi sözünün mənası, qinkaku məbədi haqqında məlumat. qinkaku məbədi nədir? qinkaku məbədi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Madaqaskar adası

  • Fevral 27, 2026

    1780-ci illər

  • Mart 06, 2026

    Həbib İsmayılov

  • Mart 06, 2026

    İlqar Mikayıloğlu

  • Mart 06, 2026

    Manisa Tarzanı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst