Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaqif Yusifli (Vaqif Əziz oğlu Yusifov; d. 20 aprel 1948 Ərkivan, Masallı rayonu, Azərbaycan SSR) — Filologiya elmləri doktoru, AMEA N. Gəncəvi adına Ədəbiyyat

Vaqif Yusifli

  • Ana Səhifə
  • Vikipediya
  • Vaqif Yusifli

Vaqif Yusifli (Vaqif Əziz oğlu Yusifov; d. 20 aprel 1948 Ərkivan, Masallı rayonu, Azərbaycan SSR) — Filologiya elmləri doktoru, AMEA N. Gəncəvi adına Ədəbiyyat institutu Ədəbi tənqid şöbəsinin müdiri.Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü. Əməkdar mədəniyyət işçisi (2003).

Vaqif Yusifli
Doğum tarixi 20 aprel 1948 (77 yaş)
Doğum yeri Ərkivan, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları Vidadi, Günay, Yaşar
Atası Əliyev Əziz
Anası Salmanova Xədicə
Elmi dərəcəsi Filologiya elmləri doktoru
İş yeri AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsin müdiri
Təhsili BDU
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20032003
"Tərəqqi" medalı — 20182018

Mündəricat

Həyatı

Vaqif Yusifli 1948-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş (1966), ADU-nun filologiya fakültəsində təhsil almışdır (1967–1972).

1968-ci ildən dövri mətbuatda çıxış edir. Universiteti bitirdikdən sonra üç il (1972–1975) Masallı rayonunda, orta məktəblərdə dil-ədəbiyyat müəllimi işləmişdir.

1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1979-cu ilin oktyabr ayında "Müasir Azərbaycan nəsrində konflikt və xarakter" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ilin dekabr ayından "Azərbaycan" jurnalının tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilmişdir. 2002-ci ildən 0,5 ştat vahidi ilə Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi də çalışmaqdadır. 2011-ci ildə "Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Vaqif Yusifli müasir ədəbi prosesdə fəal iştirak edən görkəmli tənqidçilərdən biridir. Onun ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş 3000-ə qədər irili-xırdalı məqaləsi vardır. Bu məqalələr keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. O, tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələmini sınamışdır.

Məqalələri Azərbaycanın hüdüdlarından kənarda-Türkiyədə, Almaniyada və İranda çap olunmuşdur.

Mükafatları

  • Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — 27.01.2003
  • Rəsul Rza mükafatı və Məmməd Araz ədəbi mükafatı laureatıdır.
  • "Tərəqqi" medalı — Azərbaycan Respublikası Prezidentinin 05.10.2018-ci il Sərəncamı ilə Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Kitabları

  • "Nəsr, konfliktlər, xarakterlər.", Bakı, "Yazıçı" nəşriyyatı, 1986.
  • "Məmməd Araz dünyası" Bakı, "Şur" nəşriyyatı, 1994.
  • "Ürəyimi sərdim günəşə" (monoqrafiya, F. Qocanın yaradıcılığı). Bakı, "Təbriz" nəşriyyatı, 1997.
  • "Tənqid yarpaqları" (məqalələr). Bakı, "Gənclik", 1998, 112 səh.
  • "Karvanbaşı, yolun hayanadır" (məqalələr). Bakı, "Gənclik", 1998, 128 səh.
  • "Yollar hayana aparır" (məqalələr). Bakı, "Gənclik", 1999, 138 səh.
  • "Bu nə sehirdir belə" (Elçin haqqında əlli altı söz). Bakı "Elm", 1999.
  • "Tənqid və bədii söz" (məqalələr). Bakı, "Mütərcim", 2002. 208 səh.
  • "Tənqid də yaradıcılıqdır" (məqalələr). Bakı, "Mütərcim", 2003. 210 səh.
  • "Yolayrıcı" (məqalələr). Bakı, VEKTOR Nəşrlər evi. 2004. 182 səh.
  • "Fikrət Qoca-70 il" (monoqrafiya). Bakı, "Nurlan" nəşriyyatı, 2005.
  • "Yaxşı ki sən varsan" (Musa Yaqubun yaradıcılığı), Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2007.188 səh.
  • "Sındır qəfəsi…" (məqalələr). Bakı, "Mütərcim", 2008. 118 səh.
  • "Poeziyanın yolları və illəri-1960–2000-ci illər" (monoqrafiya). Bakı, "Mütərcim", 2009.
  • "Rəsul Rza və müasir Azərbaycan poeziyası" (monoqrafiya). Bakı, "Letterpress" nəşriyyatı, 2010. 160 səh.
  • "Şeirimizin Nərimanı" (monoqrafiya-N. Həsənzadənin yaradıcılığı), Bakı, MBM, 2011, 264 səh.
  • "Poeziya və zaman" (monoqrafiya). Bakı, "Mütərcim", 2012. 380 səh.
  • "Bölgələrdə ədəbi həyat"(məqalələr toplusu). Bakı, 《Elm və təhsil》2017.247 səh.
  • "Azərbaycan qəzəli" (monoqrafiya). Bakı "Elm və təhsil" 2018.153 səh

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaqif yusifli sözünün mənası, vaqif yusifli haqqında məlumat. vaqif yusifli nədir? vaqif yusifli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Həsənkənd (Dərələyəz)

  • Fevral 27, 2026

    II İosif

  • Fevral 25, 2026

    Ayaçço

  • Fevral 27, 2026

    Ellin

  • Fevral 27, 2026

    Xe (hərf)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst