Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Modula-2 — 1977–1985-ci illərdə Niklaus Virt tərəfindən işlənib hazırlanmış yüksək səviyyəli modullu proqramlaşdırma dili. Pascal dilinin əsasında yaradılmış Mo

Modula-2

  • Ana Səhifə
  • Vikipediya
  • Modula-2

Modula-2 — 1977–1985-ci illərdə Niklaus Virt tərəfindən işlənib hazırlanmış yüksək səviyyəli modullu proqramlaşdırma dili. Pascal dilinin əsasında yaradılmış Modula-2 proqramlaşdırmanın modulluğunu, verilənlərin mücərrədləşdirilməsinin dəstəklənməsi vasitələrini təmin edir, ancaq bəzi standart funksiyalara və prosedurlara malikdir.

Modula-2
Paradiqmalar Strukturlu proqramlaşdırma, Modullu proqramlaşdırma
Yaradılma tarixi 1978
Müəlliflər Niklaus Virt
Tərtibatçılar Niklaus Virt
Təsirlənib Pascal

Modula-2 dilində hazırlanmış proqram modullar yığınından ibarətdir ki, onların da hər biri ayrılıqda kompilyasiya oluna bilər. Bu zaman proqram modulu iki hissəyə ayrıla bilər (ancaq bu vacib deyil): təyinetmələr modulu və reallaşdırma modulu. Təyinetmələr modulu, modulun xarici interfeysidir, yəni xarici modulların istifadə edə bilməsi üçün onun eksport etdiyi konstatların, dəyişənlərin, tiplərin, prosedur və funksiyaların başlıqlarının yığınıdır. Reallaşdırma modulu proqram kodundan, o cümlədən təyinetmələr modulunda sadalananların konkret təsvirindən ibarətdir. Məsələn, təyinetmələr modulunda hər hansı tipin yalnız adı göstərilə bilər, onun tam strukturu isə reallaşdırma modulunda verilə bilər. Bu halda xarici modullar həmin tipin qiymətlərini yarada, onunla işləyən prosedur və funksiyaları çağıra, dəyişənləri mənimsədə bilər, ancaq qiymətlərin strukturuna birbaşa erişə bilməz, çünki bu struktur təyinetmələr modulunda təsvir olunmayıb. Əgər təyinetmələr modulunda bu tipin strukturunu təsvir etsək, ona erişmək mümkün olacaq. Modula-2 dilində qlobal səviyyəli modullarla yanaşı, lokal modullar da yaratmaq olur.

Modula-2 dilinin özündə giriş-çıxış vasitələri yoxdur, bunun əvəzində konkret sistemlər üçün nəzərdə tutulmuş kitabxana modullarından istifadə olunur. Ancaq adi hallar (klaviaturadan daxiletmə, faylların oxunub-yazılması) üçün zəruri funksiyalardan ibarət standart giriş-çıxış kitabxanaları da vardır. Modula-2 dili struktur baxımından çox sadədir, onda cəmi 40 ehtiyatda saxlanmış söz (RESERVED WORD) vardır (müqayisə üçün, Ada dilində belə sözlərin sayı 63-dür). Dilin hərtərəfli təsviri 40 səhifədən ibarətdir (PL/1 dilinin tam təsvirinin qısaldılmış variantı təxminən 200 səhifə tutur). Modula-2 dili registrdən asılıdır, yəni identifikatorların adlarında kiçik və böyük hərflərin fərqi var. Bütün açar sözlər yuxarı registrdə yazılmalıdır.

MODULE Hello;
FROM STextIO IMPORT WriteString;
BEGIN
  WriteString("Hello World!");
END Hello.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
  1. Wirth N. Programming in Modula-2, Programmieren in Modula-2 (ing.). / ETH Zurich 1982. ISBN 978-3-642-96717-7, 978-3-642-96719-1, 978-3-540-12206-7, 978-0-070-65178-4, 978-3-642-96878-5, 978-3-540-15078-7, 978-0-387-15078-9, 978-3-642-83567-4 doi:10.1007/978-3-642-96717-7
  2. https://people.inf.ethz.ch/wirth/projects.html.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, modula-2 sözünün mənası, modula-2 haqqında məlumat. modula-2 nədir? modula-2 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Şamama Həsənova

  • Mart 01, 2026

    Mişel Uelbek

  • Fevral 27, 2026

    Plutonun peykləri

  • Fevral 27, 2026

    Lenin mavzoleyi

  • Mart 01, 2026

    Ərbil bəyliyi

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst