Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

II Vilhelm (alm. Friedrich Wilhelm Viktor Albert von Preußen‎; 27 yanvar 1859[…] – 4 iyun 1941[…]) — alman imperatoru III Fridrixin və Viktoriya Saksen-Koburq-Q

II Vilhelm

  • Ana Səhifə
  • Vikipediya
  • II Vilhelm

II Vilhelm (alm. Friedrich Wilhelm Viktor Albert von Preußen‎; 27 yanvar 1859[…] – 4 iyun 1941[…]) — alman imperatoru III Fridrixin və Viktoriya Saksen-Koburq-Qotanın oğlu. Britaniya kraliçası Kraliça Viktoriyanın nəvəsi. 1888–1918-ci illərdə hakimiyyətdə olmuş sonuncu Prussiya Kralı və Almaniya imperatoru.

II Vilhelm
alm. Wilhelm II‎
Almaniya imperatoru
Prussiya kralı
15 iyun 1888 – 9 noyabr 1918
ƏvvəlkiIII Fridrix
Sonrakımonarxiya ləğv edildi
Noyabr inqilabı
Şəxsi məlumatlar
Doğum adı Friedrich Wilhelm Viktor Albert von Preußen
Doğum tarixi 27 yanvar 1859(1859-01-27)[…]
Vəfat tarixi 4 iyun 1941(1941-06-04)[…] (82 yaşında)
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Təhsili
  • Bonn Universiteti
Fəaliyyəti monarx, rəssam, rəsm kolleksiyaçısı[d], müəllif, rəhbər
Atası III Fridrix
Anası Viktoriya
Həyat yoldaşları
  • Avqusta Viktoriya (1881–1921)
Ailəsi Hohensollernlər
Hərbi xidmət
Döyüşlər
  • Boksçular üsyanı,
  • İkinci mərakeş böhranı[d],
  • Birinci Dünya müharibəsi
Rütbəsi
  • general-feldmarşal (1900)
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq elmləri doktoru

Təltifləri Knight Grand Cross of the Royal Victorian Order Bant ordeni "Qara qartal" ordeni Order of Merit of the Prussian Crown "Qırmızı qartal" ordeni "Tac" ordeni Pour le Mérite Order of Glory Grand Cross of the Military Order of Maria Theresa "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Knight of the Order of St. Alexander Nevsky Macarıstanın "Müqəddəs Stefan" kral ordeni Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus "Niderland şiri" ordeninin böyük cəngavər xaçı — 1876 Knight of the Order of the Golden Fleece boyünbağılı "Payızgülü" ordeni Order of Saint Hubert Military Order of Max Joseph "Norveç şiri" ordeni "Müqəddəs Olaf" ordeninin böyük cəngavər xaçı Order of Saints Cyril and Methodius Equal-to-apostles Grand Cordon of the Order of Leopold — 1884 Grand Cross of the Order of the Cross of Liberty — 1918 "Serafimlər" ordeni Knight of the Order of the Most Holy Annunciation Knight Grand Cross of the Military Order of William — 1889 Böyük Çakri ali kral nəslinin ən şərəfli ordeni Order of the Crown of Thailand Grand Cross of the Iron Cross Order of the Rue Crown Military Order of St. Henry "İtaliya tacı" ordeninin böyük xaçı "Xilaskar" ordeni Royal Victorian Chain — 1902 "Fil" ordeninin cəngavər dərəcəsi — 1879 "Müqəddəs Stanislav" ordeni Hanseatic Cross Royal House Order of Hohenzollern
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

O anadan olanda aldığı xəsarətdən əlinin biri şikəst idi. Şəkillərdə o həmişə bu əlini başqası ilə gizlətmiş və ya da fotoaparata yan tərəfdən baxmışdır.

II Vilhelm onun babası I Vilhelm və atası III Fridrix vəfat etdikdən sonra 29 yaşındaykən imperator olur.

Xarici siyasəti

II Vilhelm alman tarixində daha çox güclü xarici siyasəti ilə yadda qalmışdır.

Onun imperatorluğu dövründə Alman imperiyasının müstəmləkəçilik siyasəti genişlənir ki, bu da Afrikada və Çində hərbi toqquşmalara səbəb olur.

İmperatorun Britaniya donanması ilə rəqabətə girə biləcək hərbi dəniz donanmasını yaratmaq cəhdi Londonda mənfi qarşılanır və XX əsrin əvvəlində ingilis-alman dəniz silahlanmasında yarışmaya səbəb olur. Onun əsas müttəfiqi Avstriya-Macarıstan monarxiyasının Balkanlardakı ekspansiya siyasətini və onun Osmanlı imperiyasını dəstəkləməsi Rusiya ilə olan münasibətlərini həddən artıq kəskinləşdirir. Avropanın nəhəng dövlətləri arasında olan konfliktlər, Vilhelmin Böyük Britaniya və Rusiya ilə şəxsi qohumluq və dostluq müasibətlərinin olmasına baxmayaraq Birinci Dünya müharibəsinin başlanmasını dayandırmaq mümkün olmamışdır.

Almaniya öz müstəmləkələrindən məhrum olduqdan sonra iki cəbhədə müharibə aparmalı olur. Nəticədə arxa cəbhədə iqtisadi durum pisləşir. Müharibədə məğlubiyyət 1918-ci ildə Almaniyadakı inqilabla paralel olaraq baş vermişdir. Bundan sonra Vilhelm həmişəlik Almaniyanı tərk edərək neytral zona olan Niderlanda köçür və ömrünün sonuna qədər Niderlandda yaşayır.

Sosial siyasəti

II Vilehlmin hökmranlığı dövründə Bismarkın sosializmin zəiflədilməsi xəttindən uzaqlaşma hiss olunur. Bismarkın sosialistlərin əleyhinə işlədiyi qanun yerinə yetirilmir, hökumətin sosial-demokratlarla yaxınlaşması hiss olunur. Hətta sosial-demokratlar 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanmasını dəstəkləyirlər.

Onun idarəçiliyi dövründə bazar günü işləməyi qadağan edən qanun, qadın və uşaqların gecə növbəsində işləməsini, qadınların sonuncu hamiləlik aylarında işləməsini qadağan edilməsi və 14 yaşından kiçik olan uşaqların işləməsinin məhdudlaşdırılmasını tənzim edən qanunların qəbulu ölkədə iqtisadiyyatın inkişafına kömək etmişdir.

O deyirdi ki, "mən kasıbların şahı olmaq istəyirəm". Belə ki,vergilərin proqressiv şəkildə tətbiqi də II Vilhelmin dövründə qəbul edilmişdir.

Fəaliyyətinin sonu

1919-cu ildə bağlanmış Versal sülh müqaviləsinə əsasən Vilhelm müharibənin səbəbkarı kimi Beynəlxalq tribunalda mühakimə edilməli idi. Ancaq Niderland hökuməti onu vermir, və eyni zamanda qalib dövlətlər də bunu tələb etmirlər. Vilhelm ömrünün sonuna kimi Niderlandda yaşayır. 1920-ci illərdə onunla dostluq əlaqəsi olan feldmarşal Paul fon Hindenburq ilə o aktiv məktublaşır. Vilhelm öz yaxın dostu Hindenburqun 1925-ci ildə Veymar Respublikasının prezidenti seçilməsini alqışlayır. 1926-cı ildə Prussiya landtaqı Vilhelmə əvvəllər malik olduğu torpaq sahələrini qaytarmaq üçün qərar qəbul edir. Bu torpaqlar 1918-ci il inqilabı ərəfəsində Vilhelmin əlindən alınmışdır. 1920-ci illərində Vilhelm xeyriyyəçilik ilə məşğul olur. 1928-ci ildə o "Hadisələr və adamlar 1878–1918" adlı kitab yazır. Burada Vilhelm o dövrdəki dünya tarixini öz baxışından təsir edir.

Vilhelm İkinci dünya müharibəsi ərəfəsində, 1941-ci ildə Almaniya tərəfindən zəbt olunmuş Niderlandda vəfat edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Vilhelm haqqında məlumat. II Vilhelm nədir? II Vilhelm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Cənub-Şərqi Avropa

  • Fevral 23, 2026

    Kobalt

  • Fevral 25, 2026

    Rhipidistia

  • Fevral 24, 2026

    Bolqarlar

  • Fevral 24, 2026

    Kino aktyoru

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst