Vinçentso Salvatore Karmelo Françesko Bellini (it. Vincenzo Salvatore Carmelo Francesco Bellini; 3 noyabr 1801, Kataniya, Siciliya — 23 sentyabr 1835, Püto, Paris yaxınlığında) — italyan bəstəkarı, 11 operanın müəllifi.
| Vinçentso Bellini | |
|---|---|
| Vinçentso Salvatore Karmelo Françesko Bellini | |
| |
| Ümumi məlumatlar | |
| Doğum adı | Vincenzo Salvatore Carmelo Francesco Bellini |
| Doğum tarixi | 3 noyabr 1801[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 23 sentyabr 1835[…] (33 yaşında) |
| Vəfat səbəbi | dizenteriya |
| Dəfn yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | bəstəkar |
| Janrlar | opera, simfoniya |
| Mükafatları | |
Bioqrafiyası
O, Neapolitan Konservatoriyasında Nicolo Zingarellinin himayəliyi altında oxumuş, ilk olaraq instrumental və kilsə musiqisi əsərlərini yazırdı. Bellininin ilk operası "Adelson e Salvini" 1825-ci ildə konservatoriyada tamaşaya qoyuldu. 1826-cı ildə Teatr San Karlo onun "Bianca e Fernando" operasını elə uğurla səhnələşdirdi ki, o, 1827-ci ildə Milanda La Skaladan sifariş aldı. Bellini son üçün "Pirat" operasını yazdı və bu, parlaq uğur idi; "Əcnəbi" gələn il daha da uğurlu oldu. Onların ardınca "Zaira" və s.
1833-cü ildə Bellini nəhayət Parisə köçdü və burada qısamüddətli olsa da, böyük uğur qazandı; onun taleyinə yalnız daha bir opera, 1835-ci ildə italyan teatrında tamaşaya qoyulan "Le Puritani" adlı opera yazmaq düşmüşdü.
Yaradıcılığı
Qısa ömrü ərzində o, 11 opera yazmışdı, onlardan yalnız biri (“Zaira”) uğurlu alınmayıb – qalanları əksər Avropa səhnələrində yer almışdı. Ən yaxşı operaları: Kapuleti və Montekki (it. I Capuleti e i Montecchi, 1830 ), La sonnambula (1831), Norma (1831), Puritani (1835).
Bellininin təsirlərinin izlərini təkcə opera sahəsində deyil, Şopenin fortepiano musiqisində də görmək olar.
Ölümü
23 sentyabr 1835-ci ildə Parisin kənarında Bellini qaraciyərin absesi ilə çətinləşən kəskin bağırsaq iltihabından öldü. Ölümünün qəfil olması hətta bəstəkarın zəhərlənməsi ilə bağlı söz-söhbətlərə səbəb oldu. Əvvəlcə Per Laşez qəbiristanlığında dəfn edildi, lakin 1876-cı ildə bəstəkarın külü Siciliyaya, Kataniya şəhərindəki Müqəddəs Aqata Katedralinə köçürüldü.
Operaları
- "Adelson və Salvini" (1825)
- "Bianka və Cernando" (1826)
- "Pirat" (1827)
- "Əcnəbi" (1829)
- "Zaira" (1829)
- "Ernani" (hazır deyil, 1830)
- "Kapuletti və Montekki" (1830)
- "Somnambula" ("La sonnambula") (1831)
- "Norma" (1831)
- "Beatriçe di Tenda" ("Beatrice di Tenda"), 1833
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bellini sözünün mənası, bellini haqqında məlumat. bellini nədir? bellini nə deməkdir?
