Əliməmməd Mali oğlu Nuriyev (1 mart 1964, Ərkivan, Masallı rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti və Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri.
| Əliməmməd Nuriyev | |
|---|---|
| 7 yanvar 2001 – 2005 | |
| Seçki dairəsi | 7 saylı Yasamal ikinci |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 mart 1964 (62 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| | |
| Təltifləri | |
Həyatı
1964-cü il martın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1989–1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. 1992–1993-cü illərdə Prezident Aparatında çalışıb. 1994–2001-ci illərdə BDU-da hüquq fakültəsində müəllim işləyib. Rus və fransız dillərini bilir.
Evlidir, 2 övladı var.
Siyasi fəaliyyəti
Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 2001-ci il yanvarın 7-də 7 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2005-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından istefa vermişdir.
Mükafatları
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əliməmməd nuriyev sözünün mənası, əliməmməd nuriyev haqqında məlumat. əliməmməd nuriyev nədir? əliməmməd nuriyev nə deməkdir?