Dəmirli — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
| Dəmirli | |
|---|---|
| 40°10′55″ şm. e. 46°44′30″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdərə rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 026 |
| Nəqliyyat kodu | 32 |
![]() Dəmirli | |
Toponimikası
Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır.
Tarixi
Azərbaycan SSR-nin 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, kəndin adı Dəmirli idi.
Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb.
İşğalçı separatçı qondarma rejim tərəfindən Dəmirli kəndi Tsağkaşen adlandırılırdı.
1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəmirli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəmirli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
İqtisadiyyatı
Azərbaycanın ən böyük mis yataqlarından biri bu kənddə yerləşir. 2019-cu ildə Azersky peyklərinin təsvirləri vasitəsilə Dəmirli mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı da müəyyənləşib.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dəmirli (ağdərə) sözünün mənası, dəmirli (ağdərə) haqqında məlumat. dəmirli (ağdərə) nədir? dəmirli (ağdərə) nə deməkdir?
