Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ruslan Borisoviç Xomçak (ukr. Русла́н Бори́сович Хомча́к; 5 iyun 1967, Rovno) — Ukrayna hərbi xadimi, general-polkovnik, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə

Ruslan Xomçak

  • Ana Səhifə
  • Vikipediya
  • Ruslan Xomçak

Ruslan Borisoviç Xomçak (ukr. Русла́н Бори́сович Хомча́к; 5 iyun 1967, Rovno) — Ukrayna hərbi xadimi, general-polkovnik, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini, keçmiş Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, 28 mart 2020-ci il tarixinə qədər Baş Qərargah rəisi.

Ruslan Xomçak
ukr. Руслан Борисович Хомчак
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyun 1967(1967-06-05) (58 yaş)
Doğum yeri
  • Rovno, Rovno vilayəti, Ukrayna SSR, SSRİ
Vətəndaşlığı
  •  Ukrayna
Həyat yoldaşı
  • Anna Kovalenko
Hərbi fəaliyyəti
Mənsubiyyəti Ukrayna
Qoşun növü quru qoşunları
Xidmət illəri 2001-ci ildən
Rütbəsi
  • tank qoşunları general-polkovniki[d]
Döyüşlər
  • Donbass müharibəsi
Təltifləri 2-ci dərəcəli "Xidmətlərə görə" ordeni 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni Defender of the Motherland Medal "Veteran of military service" medal "Ukrayna Silahlı Qüvvələrinin 15 illiyi" medalı "Sədaqətli xidmətə görə" medalı badge for military valour "Ukrayna Silahlı Qüvvələrinin 10 illiyi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəllər 21 may 2019-cu il tarixindən etibarən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsini Baş Qərargah rəisi vəzifəsi ilə birləşdirmişdir. Prezident Vladimir Zelenskinin 28 mart 2020-ci il tarixli fərmanı ilə Ali Baş Komandan və Baş Qərargah rəisi vəzifələri bölünmüşdür. Həmin gün Zelenski Xomçakı Baş Qərargah rəisi vəzifəsindən azad etmiş və onu Silahlı Qüvvələrin Baş Komandanı, eyni zamanda Sergey Korniyçuku Baş Qərargah rəisi təyin etmişdir.

27 iyul 2021-ci ildə Ruslan Xomçak Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edilmiş və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.

Ailəsi

Xomçak Anna Kovalenko ilə evlidir. Kovalenko vətəndaş fəalı, jurnalist, "Avromeydan"ın fəal iştirakçısı, Ukraynanın üç müdafiə nazirinin keçmiş müşaviri və Ukraynanın informasiya siyasəti naziridir. O, 13 oktyabr 2020-ci ildən 4 avqust 2021-ci ilə qədər Çerniqov Regional Dövlət Administrasiyasının rəhbəri olmuşdur.

2021-ci ilin yanvarında cütlüyün qızı Mariya anadan olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ruslan xomçak sözünün mənası, ruslan xomçak haqqında məlumat. ruslan xomçak nədir? ruslan xomçak nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Karin

  • Mart 01, 2026

    Müşfiq Atakişiyev

  • Mart 01, 2026

    Buzovnaneftin binası

  • Fevral 27, 2026

    I Quaram

  • Fevral 27, 2026

    Söhrab Tahir

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst