Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, dramaturq və publisist kimi məşhurdur. Yaradıcılığı mövzuca zəng

Gülüstan (poema)

  • Ana Səhifə
  • Vikipediya
  • Gülüstan (poema)

Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatı tarixində görkəmli şair, dramaturq və publisist kimi məşhurdur. Yaradıcılığı mövzuca zəngin olsa da, onu gənc yaşlarından xalqa tanıdan və sevdirən "Gülüstan" (1958) poeması olmuşdur. Milli azadlıq və müstəqillik ideyaları aşılayan bu əsər ilk dəfə Şəkinin "İpəkçi" qəzetində nəşr olunmuş və qısa zaman ərzində əlyazma şəklində əldən-ələ gəzərək geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Əsərin az zaman kəsimində belə sevilməsinin bir səbəbi qadağan olunmuş mövzunun cəsarətlə işlənməsi idisə, digər səbəbi onun bədii cəhətdən dolğun olması, yüksək sənətkarlıqla yazılması idi. Poema vahid süjet xəttinə malik deyil. Cəmi 52 bənddən ibarətdir. Məlumdur ki, 1804-cü ildən etibarən Rusiya Azərbaycan xanlıqları arasındakı ixtilafdan istifadə edərək xanlıqları bir-bir zəbt etməyə başlamış və nəhayət, 1813-cü ildə Gülüstan kəndində Rusiya və İran arasında Azərbaycan torpaqları bahasına sülh sazişi imzalanmış, nəticədə Azərbaycan ikiyə bölünərək, bir hissəsi Rusiyanın ixtiyarına keçmiş, digər hissəsi İranın tərkibində qalmışdır. "Gülüstan" poemasında bu ədalətsiz tarixi hadisənin şairdə doğurduğu qəzəb və nifrət ifadə olunmuşdur. Sovet dövründə Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Bu poemaya görə 1962-ci ildə şair çoxsaylı təqiblərə məruz qalmış, "millətçi" damğası ilə damğalanmış, işlədiyi universitetdən kənarlaşdırılmışdır. Bəxtiyar Vahabzadə "Gülüstan" poemasını Azərbaycanın birliyi və istiqlalı uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin əziz xatirəsinə ithaf etmişdir.

Vahid süjet xəttinə malik olmayan poema əslində tarixi mövzulu bir əsər olmaqla bərabər, Azərbaycanın Sovet imperiyası tərkibində olmasına sərt bədii etiraz idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gülüstan (poema) sözünün mənası, gülüstan (poema) haqqında məlumat. gülüstan (poema) nədir? gülüstan (poema) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dəfnə

  • Mart 06, 2026

    Uesleyan Universiteti

  • Fevral 27, 2026

    Atçılıq

  • Fevral 27, 2026

    The Who

  • Mart 06, 2026

    Qatar Airways

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst