Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aseksuallıq – hər hansı birinə qarşı cinsi istək azlığı və ya cinsi proseslərə maraq azlığı yaxud maraq yoxluğu. Cinsi yönəlim olaraq qəbul edilən versiyalardan

Aseksuallıq

  • Ana Səhifə
  • Vikipediya
  • Aseksuallıq

Aseksuallıq – hər hansı birinə qarşı cinsi istək azlığı və ya cinsi proseslərə maraq azlığı yaxud maraq yoxluğu. Cinsi yönəlim olaraq qəbul edilən versiyalardan biridir. 2004-cü ildə aparılmış bir araşdırmaya görə dünya üzərində aseksualların sayı təxminən 1% olaraq hesablanmışdır.

Aseksuallığın simvolu

Aseksuallıq, fərdin şəxsi, mental və ya dini inancları kimi hansısa səbəblərdən cinsi proseslərdən qaçınmadan fərqlidir. Bəzən aseksual fərdlər də, partnyorlarını təmin etmək yaxud uşaq sahibi olmaq kimi müxtəlif səbəblərdən cinsi istək azlığına baxmayaraq cinsi proseslərdə iştirak edə bilərlər. Aseksuallığın cinsi yönəlim olaraq qəbulu və araşdırılması olduqca yeni bir prosesdir. Bəzi araşdırmaçıların aseksuallığı cinsi yönəlim olaraq qəbul etməsinə baxmayaraq, bəzi araşdırmaçılar bu fikirlə razılaşmamaqdadırlar. Özəlliklə sosial media və internetin ortaya çıxmasından sonra aseksual şəbəkələr yaranmağa başlamışdır. Bunlardan ən sürətli məşhurlaşan qurumlardan biri 2001-ci ildə "David Jay"in qurduğu Aseksual Görünürlüyü və Təhsili şəbəkəsidir (Asexual Visibility and Educational Network) - (AVEN).

Aseksual fərdlər cinsi çəkim azlığına baxmayaraq, romantik əlaqələr qura bilərlər. Cinsi yönəlim və ya cinsi kimliyin romantik və ya emosional tərəfləri baxımından özlərini ikicinsiyyətli, lezbiyan, gey və ya aşağıdakı adlarla müəyyənləşdirə və ifadə edə bilərlər.

*aromantik: hər kəsə qarşı romantik çəkim əskikliyi

*biromantik(yaxud ambiromantik): kişilərə və qadınlara qarşı romantik çəkim

*heteroromantik: özündən fərqli cinsiyyətdə olan insanlara qarşı romantik çəkim

*homoromantik: özü ilə eyni cinsiyyıtdən olan insanlara qarşı romantik çəkim

*panromantik: hər cinsiyyətdən olan insanlara qarşı romantik çəkim

*poliromantik: birdən çox cinsiyyətdə fərqli insanlara qarşı romantik çəkim

*andromantik, gayneromantik və ambiromantik: çəkici gələn fərdin cinsiyyətini nəzərə almadan yalnızca kişiyə xas yaxud qadına xas və ya interseks olmağı ifadə edən insanlara qarşı romantik çəkim

*demiromantik və ya demiseksual: özünü boz romantik və ya boz aseksual olaraq ifadə edən fərdlərdir və bu fərdlər yanlızca böyük emosional əlaqələr olduqda romantik və ya cinsi çəkim hiss edirlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aseksuallıq sözünün mənası, aseksuallıq haqqında məlumat. aseksuallıq nədir? aseksuallıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Osteoartroz

  • Fevral 27, 2026

    Tau adası

  • Fevral 13, 2026

    Hindcə Vikipediya

  • Mart 06, 2026

    Əməli yaddaş

  • Mart 01, 2026

    Hyoscyamus desertorum

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst