Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sarıqamış gölü türkm. Sarygamyş köli, özb. Sariqamish ko‘li, Сариқамиш кўли) — Sarıqamış çökəkliyində yerləşən axarı olmayan olduqca duzlu göl. İnzibati cəhətdə

Sarıqamış gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Sarıqamış gölü

Sarıqamış gölü türkm. Sarygamyş köli, özb. Sariqamish ko‘li, Сариқамиш кўли) — Sarıqamış çökəkliyində yerləşən axarı olmayan olduqca duzlu göl. İnzibati cəhətdən Türkmənistan və Özbəkistan ərazilərində yerləşir. Xəzər dənizi ilə keçmiş Aral dənizi ərazisində qərarlaşır. Özbəkistana aid hissə cəmi ümumi gölün ¼ təşkil edir. Gölün ancaq şimal-qərbi Özbəkistana yerdə qalan hissəsi isə Türkmənistana mənsubdur. Türkmənistan ərazisində yerləşən ən böyük gölldür. Göldən xörək duzu tədarük edilir.

Sarıqamış gölü
türkm. Sarygamyş köli, özb. Sariqamish ko‘li
Ümumi məlumatlar
Mütləq hündürlüyü 5 m
Eni 90 km
Uzunluğu 125 km
Sahəsi 5000 km²
Həcmi 12 km³
Dərin yeri 40 m
Orta dərinliyi 8 m
Duzluluğu 15—20 ‰
Yerləşməsi
42°00′ şm. e. 57°20′ ş. u.HGYO
Ölkələr
  •  Türkmənistan
  •  Özbəkistan
Sarıqamış gölü xəritədə
Sarıqamış gölü
Sarıqamış gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adının etmalogiyası

Adının mənası göründüyü kimi «Sarı» (rəng) və qamış sözlərinin birləşməsindən əmələ gəlmişdir

Sarıqamış gölü, kosmosdan görünüş. 2001 il

Coğrafiya və hidrologiya

Sarıqamış gölü Sarıqamış çökəkliyinin mərkəzində yerləşir. Suyunun sahəsi dəyişkəndir və Xarəzm vahəsindən gələn suyun hesabına dəyişə bilir. 1977-ci ilə qədər gölün sahəsi 1500 km² təşkil edirdi. Suyunun duzluğu 7%, ilik su daxil olması 4 km³ təşkil edirdi. 1985-ci ilə artıq sahəsi 3200 km² olmuşdur. Bundan sonra gölün duzlu artmışdır. Səviyyə ilə bərabər qalxan duzluluq artıq 15-20‰ çatmışdır. «Özbəkistan Milli Ensiklopediyasında» (2000—2005) gölün uzunluğu 100–120 km, eni isə 30–40 km-dir. Göl şmaldan cənub-şərqə istiqamətlənmiş formadadır. «Müasir coğrafi adların lüğəti» (2006) kitabında gölün orta dərinliyi 8,2 m olaraq göstərilmişdir. Şərqə doğru dərinlik artır. Sarıqamış çökəkliyinin ən aşağı nöqtəsi dəniz səviyyəsindən 40,3 m aşağıda yerləşir.

Qərb sahilləri nisbətən hündürdür. Şərqdən gölə Əsas Dəryal kollektoru və Göl kollektoru tökülür. Bu gölün əsas qidalandırıcısı rolunu oynayır. Şərq sahilində mineral termal su mənbəyi vardır.

Tarixi

Göl tarixi boyunca dəfələrlə yoxa çıxmış və yenidən peyda olmuşdur. Bu əsasən Amudəryadan bura suyun daxil olmasından asılı olmuşdur. Göl neogen dövrünün sonları, antropagen dövrünün əvvələrindən başlayaraq meydana gəlmişdir. Onun ərazisi hətta Assake-Aul çökliyini belə əhatə edirdi. XIV—XVI əsrlərdə gölün dərinliyi 50–62 m olmuşdur. Sonuncu dəfə Amudəryanın gölə axması 1878-ci ilə təsadüf edir.

Göl 1960-cı illərdən bəri əsasən kollektor-drenajı ilə qidalanır. Əsas Dəryal kollektorundan gələn su Amudəryanın şərq hissəsində yerləşən bölgənin kənd təsərrüfatının inkişafına yönəldilir.

Faunası

Sarıqamış gölündə çoxlu sayda balıq növü yaşayır: sazan, naqqa balığı, ilanbaş (balıq).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, sarıqamış gölü sözünün mənası, sarıqamış gölü haqqında məlumat. sarıqamış gölü nədir? sarıqamış gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Qot

  • Fevral 27, 2026

    Assimilyasiya (sosiologiya)

  • Mart 01, 2026

    Yassıada

  • Mart 07, 2026

    Vüsal Hacıyev

  • Mart 01, 2026

    İnquri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst