Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Otuziki mahalı mahalı — Qarabağ xanlığının 25 mahalından biri. Bu günə aid Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bu tarixi mahlın ərazisi indiki

Otuziki mahalı

  • Ana Səhifə
  • Vikipediya
  • Otuziki mahalı

Otuziki mahalı mahalı — Qarabağ xanlığının 25 mahalından biri. Bu günə aid Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bu tarixi mahlın ərazisi indiki Ağdam rayonu ərazisiylə əsasən uyğun gəlir.


Mündəricat

Tarixi

Mahal 1747-ci ildə yaradılmışdır. Mərkəz olaraq isə Xıdırlı kəndi seçilmişdi. Mahal Vəysəlli, Qiyaslı, Xalfərəddinli, Bəyəhmədli kəndlərindən ibarət idi. Qərbdən İyirmidörd mahalı, şimaldan İyirmidörd mahalı, şərqdən Cavanşir mahalı, cənubdan II Kəbirli mahalı ilə qonşu olan Otuziki mahalı XVI əsrdə Qarbağda yaşayan 32 türk tayfasının ittifaqından formalaşmışdır. Güman edilir ki, bu ittifaqın başçısı Cavanşir tayfasından olmuşdur. Ümumilikdə isə, Otuziki mahalının daxil olduğu Qarabağ xanlığı 25 mahaldan ibarət olmuşdur.

Mahalı idarə edən şəxs naib adlandırılırdı, kəndləri isə kəndxudalar idarə edirdi. Mahalın 22 kənd və oymağında 628 ailə yaşamışdır, onlardan 384-2 verdi ödəyicisi, 244-ü isə vergilərdən azad edilmiş ailələr olmuşdur. Ən böyük yaşayış məntəqələri sə Səfikürd (70 ailə), Xıdırlı (59 ailə), Boyəhmədli (73 ailə), Paradinni (90 ailə) və Ağcabədi kəndi (81 ailə) olmuşdur. Mahala nəzarət edən şəxs minbaşı və ya qalabəyi adlanmaqda idi. Mahaldan hər il xanın xəzinəsinə 539 çervon, 3571 rubl, 85 qəpik vergi verilməkdədi. Əhalinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarət idi.

Mahal 1840-cı ildə ləğv edilmiş və Rusiya əyalət sisteminə inteqrasiya edilmişdir. 1840-cı ilin 10 aprel tarixinə aic Cənubi Qafqazda inzibati idarəetmənin inistitutlaşdırılması islahatına əsasən Şuşa qəzası Xəzər quberniyasının bir hissəsi kimi təşkil edilmişdir. Blə olduqdan sonra, Otuziki mahalı da Şuşa qəzasının Kəbirli bölgəsinin bir hissəsi oldu.

  • Əhalisi - 628 ailə
  • Yaranması — 1747-ci il
  • Mərkəzi — Xıdırlı kəndi
  • Sərhədləri —Qərbdən İyirmidörd mahalı, şimaldan İyirmidörd mahalı, şərqdən Cavanşir mahalı, cənubdan II Kəbirli mahalı.

Adının kökü

1593-cü ilə bağlı bir Osmanlı qaynağında tayfanın adı çəkilir və qolları açıqlanır. Həmin qaynaqda Otuzikilərin yеrləşdiyi bölgələr:

  • 1.Atlıcalı oymağı—Bərdə qəzası, Bərdə nahiyəsində
  • 2.Atlıcalı oymağı—Bərdə qəzasında
  • 3.Badar oymağı—Arasbar qəzasında
  • 4.Padar oymağı—Həkəri sancağı, Kеştasf nahiyəsində
  • 5.Bayəhmədli oymağı—Qaraağac qəzasında
  • 6.Bayəhmədli oymağı—Qarqar sancağı, Xaçın nahiyəsində, əmirləri Məhəmməd bəy idi.
  • 7.Buğdanüz oymağı—Qaraağac qəzasında
  • 8.Cancanlı oymağı—Arasbar qəzasında
  • 9.Cavanşir oymağı—Arasbar qəzasında
  • 10.Dügərli oymağı—Arasbar qəzasında
  • 11.Həsirli oymağı—Arasbar qəzasında, Vələdzadəyə tabе idi.
  • 12.Hüsеynli oymağı—Arasbar qəzəsında
  • 13.Kəpənəkçi oymağı—Gəncə qəzası, Yavlaq nahiyəsində
  • 14.Qırqallı oymağı—Qaraağac qəzası, Ağcabədi nahiyəsində
  • 15.Komanlı-qədim oymağı—Qaraağac qəzasında
  • 16.Kotanlı-cədid oymağı—Qaraağac qəzasında
  • 17.Laləbükülü oymağı—Gəncə qəzasında
  • 18.Maqsudlu oymağı—Xaçın sancağı, Çеlabеrd aranı nahiyəsində, Xak kəndində
  • 19.Maqsudlu-Bəzirganlı—Xak kəndində
  • 20.Maqsudlu-Həmidli oymağı—Qaraağac qəzasında
  • 21.Məhəmmədşahlı oymağı—Şütur nahiyəsində, Həmzəli yaxınlığında
  • 22.Məhəmmədşahlı oymağı—Şütur nahiyəsində, Sərab nəhrində, Nеftalan və Həmzəli yaxınlığında
  • 23.Molla Əbdülcəlilli oymağı—Gəncə qəzası, Gəncə aranı nahiyəsində, Şəmə yatağında
  • 24.Molla Əbdülməcidli oymağı—Xaçın qəzasında
  • 25.Müqəddəmli oymağı—Arasbar qəzasında
  • 26.Sarıhacılı oymağı
  • 27.Silkəli oymağı—Arasbar qəzasında
  • 28.Şirvanşahlı oymağı—Bərdə qəzası, Divani—Bahadır kəndində
  • 29.Şirvanşahlı oymağı—Arasbar qəzası, Gögən çölündə
  • 30.Üçoğlan oymağı—Bərdə qəzasında
  • 31.Yayoxçu oymağı—Bərdə qəzasında
  • 32.Vеysəlli oymağı—Çеlabеrd qəzasında

1727-ci ilə bağlı bir Osmanlı qaynağında Otuziki еlinin iyirmi oymağının adı adı çəkilir və yaşam yеrləri göstərilir. Həmin oymaqlar:

  • 1. Üçoğlan (Bayat, Bərdə, Çеlabеrd nahiyələri),
  • 2.Məfruzlu (Xaçın nahiyəsi),
  • 3.Qiyaslı (Bərdə, Məğavuz nahiyələri),
  • 4.Dəlilər (Bayad nahiyəsi),
  • 5.Vеysəlli (Vərəndə nahiyəsi),
  • 6. Hacı Turəli (Bayad nahiyəsi),
  • 7.Xəlil Fəxrəddinli (Bayad nahiyəsi),
  • 8.Barani (Arazbar sancağı),
  • 9.Şəkərbəyli (Bərdə nahiyəsi),
  • 10.Qaraqoyunlu (Arazbar sancağı),
  • 11.Mollalar (Arazbar sancağı),
  • 12. Düyərli (Arazbar sancağı),
  • 13. Еymirli (Arazbar sancağı),
  • 14.Ozan (Arazbar sancağı),
  • 15. Məhəmmədşahlı (Bərdə sancağı),
  • 16.Buğdayüzü (Bayad nahiyəsi),
  • 17. Zəngişalı (Çеlabеrd nəhiyəsi),
  • 18.Atlıcalı (Bərdə sancağı),
  • 19.Yosundüz (dürlü yеrlər)
  • 20. Bayəhmədli (Xaçın nəhiyəsi).

Otuziki еlindən iki Bayəhmədli oymağı həmin dönəmdə Şəmkirbasan nahiyəsində yaşayırdı. Savalanlı adlı bir oymaq da Şüturbasan nahiyəsində yaşamaqdaydı.

Naiblər

  • Məhəmmədəli xan Bəyəhmədli (1747-1749)
  • Əli bəy (1749-1775)
  • Hacı Lazım bəy Otuziki
  • Məhəmmədəəli bəy Otuziki (1798-1820)
  • Məhəmməd bəy Otuziki (1820-1822)

Həmçinin bax

  • Qarabağ xanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, otuziki mahalı sözünün mənası, otuziki mahalı haqqında məlumat. otuziki mahalı nədir? otuziki mahalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    AzSSR

  • Fevral 25, 2026

    Titikaka gölü

  • Fevral 23, 2026

    Kaliforniya

  • Fevral 27, 2026

    AzerGold

  • Fevral 27, 2026

    Acanthosicyos horridus

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst