Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

70-ci illərin əvvəllərinədək hesablama maşınları çox məhdud mütəxəssis dairəsinə məlum idi. Onların tətbiq sahələri olduqca dar və geniş kütlənin nəzərindən dem

IBM PC

  • Ana Səhifə
  • Vikipediya
  • IBM PC

IBM PC – IBM firması tərəfindən istehsal olunmuş ilk fərdi kompüter.

IBM PC
Loqonun şəkli
İstehsalçı IBM
Növü IBM-compatible computer[d]
Buraxılış tarixi 12 avqust 1981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

70-ci illərin əvvəllərinədək hesablama maşınları çox məhdud mütəxəssis dairəsinə məlum idi. Onların tətbiq sahələri olduqca dar və geniş kütlənin nəzərindən demək olar ki, gizli idi və onun üçün o qədər də maraqlı deyildi. Ancaq, 1971-ci ildə mikroelektronikanın nailiyyətləri ilə bağlı elə bir hadisə baş verdi ki, bu, vəziyyəti kəskin dəyişdi və elektron hesablama maşınını birdən-birə milyonlarla insanın gündəlik iş alətinə çevirdi. Bu, əsasını inteqral sxemlər təşkil edən mikroelektron element bazasının istehsalatda geniş tətbiq olunmağa başlanması idi. Bunun nəticəsi idi ki, 1971-ci ildə kiçik bir Amerika şəhəri olan Santa-Klarada (Kaliforniya ştatı) yerləşən Intel firması tərəfindən adı "mikroprosessor" olan yeni yarımkeçirici cihaz yaradıldı. 1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraq Intel özünün i4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olan mikroprosessorların inkişafının əsası qoyuldu…

Nəhayət, 1978-ci ildə Intel 16 bitli i8086 mikroprosessornu işlənib hazırladı. Məhz bu mikroprosessor üzərində qurulmuş fərdi kompüterlər IBM PC adlandırıldı. "IBM PC"- IBM şirkətinin əmtəə nişanıdır və onu "fərdi kompüter" kimi tərcünə etmək olmaz.

Mündəricat

Özəllikləri

  • Mərkəzi prosessor- i8086
  • Bit sayı- 16
  • Takt tezliyi- 5 MHs
  • maksimal operativ yaddaş- 1 MB
  • Əməliyyat sistemi- DOS
  • İnformasiya daşıyıcıları- Sərt disk və elastik disk qurğuları

IBM PC 5150

1981-ci il avqust ayının 12-də amerika şirkəti International Business Machines (IBM) öz fərdi kompüterini – IBM PC 5150 modelini təqdim edib. Xarici görünüşə görə bu cihaz süd rəngli adi plastik "qutu"ya oxşayırdı: maqnit disketləri üçün yuvaları olan düzbucaqlı sistem bloku gözəl dizayn ilə lovğalana bilmirdi. IBM mühəndislərinin "uşağı" hətta birinci fərdi kompüter deyildi: Apple, Atari, Commodore şirkətləri artıq onun mikrokompüterlər adlandırılan sələflərini yaratmışdılar. Lakin məhz 5150 modeli ilə fərdi kompüter sənayesində inqilab başlanıb.

Həmçinin bax

  • IBM XT, IBM AT 286, IBM AT 386, IBM AT 486

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, IBM PC haqqında məlumat. IBM PC nədir? IBM PC nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Qranada əmirliyi

  • Fevral 24, 2026

    Koimbra qrupu

  • Fevral 24, 2026

    Tantal

  • Fevral 23, 2026

    Kiyev

  • Fevral 25, 2026

    Alim Qasımov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst