Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Langerhans adacıqları (lat. insulae Langerhansi) mədəaltı vəzinin adacıq hissəsi. Pankreasın daxilində yerləşən 0,1-0,3 mm böyüklükdə, açıq sarımtraq rəngdə və

Langerhans adacıqları

  • Ana Səhifə
  • Vikipediya
  • Langerhans adacıqları

Langerhans adacıqları (lat. insulae Langerhansi) mədəaltı vəzinin adacıq hissəsi. Pankreasın daxilində yerləşən 0,1-0,3 mm böyüklükdə, açıq sarımtraq rəngdə və oval ya dairə şəklində hüceyrə yığıntısına deyilir. Bu törəmələrin çoxu pankreas quyruğunda təsadüf edilir və rənglərinin açıq olması ilə fərqlənir. Ümumi çəkiləri pankreas çəkisinin 1/1000-ni təşkil edir; əgər pankreasın çəkisi 65 q olarsa o zaman adacıqların ümumi çəkisi 0,65 q olacaqdır. Embrional dövrdə və uşaqlıq yaşlarında adacıqların miqdarı çox olur; 4 yaşından sonra miqdarı azalır. Mədəaltı vəzin təsvir olunan daxili sekresiya hissəsi, yəni adacıqları 1869 cu ildə Langerhans tərəfindən kəşf edilmişdir. İlk dəfə bunları limfouid follikullardan hesab edirdilər; sonralar onların epitel törəmə olduqları aşkar olundu. Adacıqlar insulin adlanan hormon ifraz edir.

Langerhans adacıqları
Latınca Insulae pancreaticae
Sistem Endokrin
Üzv Daxili sekresiya
Embrional Onikibarmaq bağırsağın epitelindən (entodermal epiteldən) inkişaf edir.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Quruluşu

Langerhans adacıqları müxtəlif formalı - çoxvəchli, oval və silindrəbənzər hüceyrələrdən təşkil olmuş, nazik birləşdirici toxuma qatları ilə pankreasın ətraf kütləsindən ayrılır. Bu hüceyrələr düzülərək qaraciyərdə olduğu kimiatmalar təşkil edir. Hüceyrələrin protoplazmasında artıq miqdarda dənəciklərə təsadüf edilir; nüvələri böyük, girdə və xromatin ilə zəngindir. Protoplazmada olan dənəciklərin miqdarı hüceyrələrin fəaliyyətindən asılı olur; güman edilir ki, onlar adacıqların məhsulunu təşkil edir.

İnkişafı

Bu adacıqlar onikibarmaq bağırsağın epitelindən (entodermal epiteldən) inkişaf edir. Bunların mayaları borucuq şəklində olur və sonradan pankreasın ətraf kütləsindən mezenxim elementləri vasitəsilə ayrılır.

Qidalanması və innervasiyası

Langerhans adacıqlarına gələn arteriolalar onların kütləsinə daxil olaraq şaxələnir və kapillyar sisteminə keçir. Burada olan kapillyarlar enli və qıvrım olduqları üçün sinisoidlərə (cibciklərə) bənzəyir və divarları yalnız endotel qatdan ibarətdir (birləşdirici toxuma qişası olmur). Kapillyarlar bilavasitə adacıqların hüceyrələrinə söykənir.

Adacıqları innervasiya edən sinir lifləri əvvəlcə xarici (periinsulyar) tor təşkil edir; bu tordan çıxan şaxəciklər adacığın daxilinə girir və daxili (intrainsulyar) tor əmələ gətirərək hüceyrələr arasında tamam olur.

Vəzifəsi

Adacığın ifraz etdiyi hormon insulin adlanır; bu hormon qana daxil olub vücudda karbohidratlar mübadiləsinitənzim edir; qaraciyərdə toplanmış qlikogenin şəkərə çevrilməsini tormozlayır (yalnız normal miqdarda verilməsinə imkan yaradır); odur ki, Langerhans adacıqlarının hipofunksiyasında insulinin miqdarı azalır, nəticədə artıq miqdarda qlikogen xaric olur; bu üsul ilə şəkərli diabet - lat. diabetes mellitus deyilən xəstəlik meydana çıxır.

Həmçinin bax

  • Mədəaltı vəzi
  • Şəkərli diabet

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, langerhans adacıqları sözünün mənası, langerhans adacıqları haqqında məlumat. langerhans adacıqları nədir? langerhans adacıqları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Etiraf (Tolstoy)

  • Fevral 27, 2026

    Əbdülxalıq Axundov

  • Fevral 27, 2026

    Yarımmüdafiəçi (futbol)

  • Fevral 27, 2026

    MMC

  • Fevral 27, 2026

    Doktor Kim

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst