Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arçil Konstantinoviç Cordcadze (gürc. არჩილ კონსტანტინეს ძე ჯორჯაძე;10 yanvar 1872, Tiflis – 1913[…] və ya 21 mart 1913, Batum) — Gürcü siyasətçisi, Gürcüstan S

Arçil Cordcadze

  • Ana Səhifə
  • Vikipediya
  • Arçil Cordcadze

Arçil Konstantinoviç Cordcadze (gürc. არჩილ კონსტანტინეს ძე ჯორჯაძე;10 yanvar 1872, Tiflis – 1913[…] və ya 21 mart 1913, Batum) — Gürcü siyasətçisi, Gürcüstan Sosialist Federalist Partiyasının qurucularından və baş ideoloqlarından biri.

Arçil Cordcadze
gürc. არჩილ კონსტანტინეს ძე ჯორჯაძე
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1872(1872-01-10)
Doğum yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1913(1913)[…] (40–41 yaşında) və ya 21 mart 1913(1913-03-21) (41 yaşında)
Vəfat yeri
  • Batum, Batum dairəsi[d], Batum vilayəti, Rusiya imperiyası
Dəfn yeri
  • Didube panteonu
Təhsili
  • Birinci Tiflis gimnaziyası
Fəaliyyəti siyasətçi, filosof, publisist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Hərbçi ailəsindədə dünyaya gəldiyindən ailə tezliklə Kutaisiyə köçdü. Arçil Kutaisi şəhərində klassik gimnaziyada təhsil almağa başladı. Sonra təhsilini Tiflisdə davam etdirdi və 1892-ci ildə Birinci Tiflis Kişi Gimnaziyasını bitirdi. Elə həmin il Sankt-Peterburq Universitetinə daxil oldu. Arçil Cordcadze qısa müddət sonra Varşavaya köçdü. Ancaq bir müddət sonra Arçil qayıdıb Təbiət Elmləri Fakültəsində təhsilini davam etdirdi. Tezliklə Paris və London universitetlərində mühazirələrə qatılmaq üçün xaricə getdi. Bu dövrdə sosiologiyaya maraq göstərir, sonradan isə Lev Tolstoyun təlimlərini özü üçün rəhbər tuturdu.

İngiltərədə Tolstoy koloniyasında, Esseks qraflığının Perlivades kəndində yaşamışdır. Arçil Cordcadze 1897-ci ildə Lev Tolstoyun diqqətini çəkən "Əxlaqlı bir həyat üçün bir cəmiyyətin təcrübəsi" mövzusunda kitab nəşr etdirdi.

1901-ci ildən sonra Gürcü ziyalıları Gürcüstana qayıtmağa başladılar və ölkənin ictimai və siyasi həyatında fəal iştirak etdilər. 1901-1902-ci illərdə Arçil Cordcadze, Gürcüstan milli azadlıq qüvvələrinin konsolidasiyası üçün nəzəri əsas olan ümumhərəkətlər nəzəriyyəsini yaratdı.

A.Sabuiski təxəllüsü altında "Severny Vestnik" jurnalı ilə əməkdaşlıq etmişdir. İdeyalarını populyarlaşdırmaq və Georgi Dekanozişvili və başqaları ilə birlikdə Avropanın demokratik cəmiyyətinin diqqətini cəlb etmək üçün 1903-cü ilin mayından Parisdə "Sakartvelo" - "La Georgy" qəzetinə fransız əlavəsini nəşr etdirirdi.

Gürcüstanın ilk milli siyasi partiyası olan Gürcüstan Sosialist-Federalist Partiyasının yaradıldığı Gürcüstan Siyasi Partiyaları Konfransını təşkil etmək üçün Cenevrəyə dəvət almışdı. Arçil Cordcadze partiyanın lideri və əsas ideoloqu oldu.

Arçil Cordcadze 21 mart 1913-cü ildə vəfat etmişdir. Didube panteonunda dəfn olunub.

Xatirəsi

Tiflis küçələrindən biri Arçil Cordcadzenin adını daşıyır.

Ədəbiyyat

ზ. ბაბუნაშვილი, თ. ნოზაძე, «მამულიშვილთა სავანე», გვ. 431, თბ., 1994

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arçil cordcadze sözünün mənası, arçil cordcadze haqqında məlumat. arçil cordcadze nədir? arçil cordcadze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Hikmət Süleyman

  • Mart 06, 2026

    Qutankimilər

  • Fevral 27, 2026

    Ağ Hunlar

  • Fevral 27, 2026

    Əl-Əqidətüt-Təhaviyyə

  • Mart 06, 2026

    Qasımlı (Masallı)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst