Zestafoni FK — Gürcüstanın Zestafoni şəhərini təmsil edən futbol klubu.
| Zestafoni FK | |||
|---|---|---|---|
| ზესტაფონი | |||
| Klubun tam adı | Zestafoni Futbol Klubu | ||
| Ölkə | |||
| Yaranma tarixi | 2004 | ||
| Stadionu | Zestafoni şəhər stadionu | ||
| Tutumu | 8000 | ||
| Prezidenti | İliya Kokaliya | ||
| Baş məşqçisi | Ratko Dostaniç | ||
| Liqa | Gürcüstan Milli Futbol Çempionatı[d] | ||
| | |||
| Rəsmi saytı | |||
Tarixi
2004-cü ildə iyunun 18-də isə şəhərdə Zestafoni adında yeni komanda formalaşdırılıb. Klubun himayəçisi Ferro Səhmdar Cəmiyyətidir. Komanda ev oyunlarını səkkiz min tutumu olan David Abaşidze adına Zestafoni şəhər stadionunda keçirir.
Komanda Gürcüstan çempionatında ilk uğuru 2007/08-ci ildə əldə edib. Həmin vaxt komanda bürünc medalı və Gürcüstan kubokunu qazanıb. 2009-10-cu ildə Zestafoni növbəti dəfə ölkə çempionatında ücüncü yeri tutub.
2010-11 mövsümündə Zestafoni tarixində ilk dəfə Gürcüstan çempionu olub. Komanda 2011-12 mövsümündə də bu titulunu qorumağı bacarıb. Klub dalbadal iki dəfə Gürcüstan Superkubokuna da sahib çıxıb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zestafoni fk sözünün mənası, zestafoni fk haqqında məlumat. zestafoni fk nədir? zestafoni fk nə deməkdir?