Rzayev Yusif Məmməd oğlu (12 yanvar 1968, Rəncbərlər, Ağcabədi rayonu) — əməkdar jurnalist, "525-ci qəzet"in baş redaktorunun müavini.
| Yusif Rzayev | |
|---|---|
| Yusif Məmməd oğlu Rzayev | |
| Doğum tarixi | |
| Doğum yeri | Rəncbərlər, Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| İxtisası | jurnalist |
| Təhsili | BDU Jurnalistika fakültəsi |
| Fəaliyyət illəri | 1990-indiyə qədər |
| Mükafatları | “Ali Media Mükafatı” |
Həyatı
1968-ci il yanvar ayının 12-də Ağcabədi rayonunun Rəncbərlər kəndində anadan olub. 1975-ci ildə Rəncbərlər kənd orta məktəbinin 1-ci sinfinə gedib, 1985-ci ildə S.Bayramov adına Ağdam şəhər 1 saylı orta məktəbi bitirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1987-1989-cu illərdə Moskva vilayətində hərbi xidmətdə olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Jurnalist kimi əmək fəaliyytəinə 1990-cı ilin avqust ayıdan "Ədalət" qəzetində müxbir kimi başlayıb. Sonralar "Müxalifət" qəzetində müxbir, şöbə müdiri, "Respublika" qəzetində baş redaktor vəzifələrində işləyib. 1992-ci ilin noyabrında təsis edilən və nəşrə başlayan "525-ci qəzet"in ilk redaktoru olub.
Hazırda "525-ci qəzet"in" baş redaktorunun müavinidir. Bu illər ərzində Azərbaycanın müxtəlif mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edib. Azərbaycan Mətbuat Şurasının "Ali Media Mükafatına" layıq görülüb.
2015-ci ildə Azərbaycan Prezidentinin sərancamı ilə "Əməkdar jurnalist" fəxri adı ilə təltif edilib.
Ailəlidir. İki övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yusif rzayev sözünün mənası, yusif rzayev haqqında məlumat. yusif rzayev nədir? yusif rzayev nə deməkdir?