Amaterasu və ya Amaterasu-o-kikami (天照大御神, Ameterasu omikami?, hərf. "səmada parlayan böyük müqəddəs ilahə") — Yaponiya mifologiyasında günəş ilahəsi, şinto panteonunun ali ilahəsi və şinto inancına görə Yaponiya imperator nəslinin ulu əcdadı. Əfsanəyə əsasən, Yaponiyanın ilk imperatoru Cimmunun onun ulu nəvəsi olduğu qəbul edilir. Amaterasu Takamaqahara (yap. 高天原) — "Göylərin ali yurdu"nun hökmdarı sayılır.
| Amaterasu | |
|---|---|
| |
| Mifologiya | şintoizm |
| Təsir sahəsi | Günəş |
| Cinsi | qadın[d] |
| Atası | İzanaqi |
| Anası | İzanami |
| Qardaşı və bacısı | Tsukuyomi, Susano[d], Kaqutsuçi |
Rəvayətə görə, imperator Şomu böyük şərq məbədi Today-ci və oradakı nəhəng Budda Vayroçana heykəlinin tikintisini başa çatdırmaqda çətinlik çəkən zaman VII–VIII əsrlərdə yaşamış möcüzə yaradan rahib Qyoki vasitəsilə Amaterasuya dua etmişdir. İlahə cavabında bildirmişdir ki, o, əslində elə Budda Vayroçanadır. Bununla belə, tədqiqatçılar bu əfsanənin çox sonralar — XIII əsrin ikinci yarısında meydana gəldiyini ehtimal edirlər.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, amaterasu sözünün mənası, amaterasu haqqında məlumat. amaterasu nədir? amaterasu nə deməkdir?
