Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qara Yusif 1410-cu ildə Ərzincanı Ağqoyunlulardan aldıqdan sonra Pir Ömər bəyi Ərzincan hakimi təyin etdi. Ardınca Bayburt, Tərcan və İspiri də ələ keçirərək bu

Pir Ömər

  • Ana Səhifə
  • Vikipediya
  • Pir Ömər

Pir Ömər (XIV əsr – 1420, Ərzincan) — Qaraqoyunlu sərkərdəsi.

Pir bəy Ömər
Nəsrəddin Ömər
Pir Ömər Məmlük ordusu ilə döyüşdə
Pir Ömər Məmlük ordusu ilə döyüşdə
Qaraqoyunluların Ərzincan hakimi
1410 – 1420
Şəxsi məlumatlar
Doğum tarixi XIV əsr
Vəfat tarixi 1420
Vəfat yeri Ərzincan
Fəaliyyəti dövlət xadimi

Həyatı

Qara Yusif 1410-cu ildə Ərzincanı Ağqoyunlulardan aldıqdan sonra Pir Ömər bəyi Ərzincan hakimi təyin etdi. Ardınca Bayburt, Tərcan və İspiri də ələ keçirərək bu əraziləri də Pir Ömərə verdi. Bundan sonra Qara Yusif geriyə Təbrizə qayıtdı. Qara Yusifin başının Sultan Şahruxa qarışmasından istifadə edən Ağqoyunlu Osman bəy 1416-cı ildə Ərzincana yürüş etdi. Pir Ömər tezliklə Qara Yusifdən kömək istədi. Qara Yusif oğlu Qara İsgəndərin başçılığı ilə Ərzincana ordu göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy geri çəkildi.

Ağqoyunluların Qaraqoyunlular ilə münasibətləri sabitləşdikdən sonra Qara Yusifin elçiləri ilə birlikdə Pir Ömər bəyin elçilərinin də Ağqoyunlu sarayına göndərildikləri mənbələrdə qeyd edilir.

Münasibətlərin sabitliyi isə 1420-ci ildə Qaraqoyunluların Kəmax qalasına hücumları ilə başladı. Kəmax qalasına Osman bəyin oğlu Yaqub bəy hakimlik edirdi. Pir Ömər 1420-ci idə ordusu ilə Kəmax qalasına hücuma keçdi. Qaraqoyunlu ordusu Kəmax qalasını ələ keçirə bilməsə də, Yaqub bəyin başçılıq etdiyi Ağqoyunluları məğlub etdi. Döyüşdə Yaqub bəy Pir Ömər tərəfindən əsir alındı. Pir Ömər Yaqub bəyi Təbrizə göndərdi.

Pir Ömər Qara Yuluq Osmandan gözlənilən hücumun qarşısını almaq üçün Qara Yusifdən kömək istədi. Qara Yusif Bayram bəyin başçılığı ilə 20 minlik qoşunu Pir Ömərə kömək üçün göndərdi. Bayram bəyin qüvvələrinin Van gölünün şimalındakı Aladağ yaxınlığına çatdığından xəbər tutan Osman bəy isə Pir Ömərin Bayram bəyin qüvvələri ilə birləşməsinin qarşısını almaq üçün əlindəki bütün qüvvələri ilə Pir Ömərin üzərinə hücuma keçdi. Baş vermiş şiddətli toqquşmada Pir Ömərin ordusu məğlub oldu və öldürüldü. (iyul-avqust 1420).

Ədəbiyyat

  • İlhan Erdem, "Akkoyunlu Devleti’nin Kurucusu Kara Yülük Osman Bey’in Hayatı ve Faaliyetleri", Dil Tarih Coğrafya Fakültesi Dergisi , XXXIV/1–2, Ankara, 1990Metin
  • Sözen,"Anadolu’da Ak Koyunlu Mimarisi", Türkmen Akkoyunlu İmparatorluğu, (Haz. N. Aygün Akkoyunlu, Dr. Adil Şen), Ankara, 2003.
  • J. E. Woods. Yıllık Türk İmparatorluğu Akkoyunlular: aşiret, konfederasyon, imparatorluk. Çev. Sibel Özbudun. İstanbul: Milliyet yayınları, 1993.
  • Ebû Bekr-i Tihrânî, Kitâb-ı Diyârbekriyye, C. I–II, ner. N. Lugal, F. Sümer, Ankara, 1993, çev. Mürsel Öztürk, Ankara, 2001.
  • K. Yaşar Kopraman, Mısır Memlükleri Tarihi: Sultan el- Melik el- Mü’eyyed Şeyh el- Mahmud Devri (1412–1421), Ankara, 1989.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pir ömər sözünün mənası, pir ömər haqqında məlumat. pir ömər nədir? pir ömər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Kübra Fərəcova

  • Mart 01, 2026

    Səfəvi-Şirvanşahlar müharibələri

  • Mart 01, 2026

    Salmo

  • Fevral 27, 2026

    Alban salnamələri

  • Fevral 26, 2026

    Çanaqçı (Xocalı)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst