Fransanın rayonları və ya Fransanın arondismanları — Fransanın inzibati bölgülərindən biridir. Rayonlar departamentlərin tərkib hissəsi olan sub bölgülərdirlər.

Rayonun mərkəzi suprefektura adlanır. Əgər rayon departamentin prefekturasını da əhatə edirsə, bu halda həmin prefektura həm prefektura, həm də suprefektura kimi rayonun mərkəzi funksiyasını daşıyır. Rayonun rəhbəri isə sub-prefekt (fr. sous-préfet) adlanır. Bundan əlavə, rayonlar kantonlara və kommuna bölünürlər.
Rayonlar regionlar, departamentlər və kommunalardan fərqli olaraq, dövlət hüququnda hüquqi şəxs statusuna malik deyildirlər. Həmçinin, digər inzibati bölgülərdən fərqli olaraq, onlar seçkili nümayəndələr tərəfindən deyil, Fransa Prezidenti tərəfindən təyin olunan məmurlar tərəfindən idarə olunurlar.
Əksər departamentlər yalnız üç və ya dörd rayona bölünür. Paris və Territoire de Belfort yalnız bir rayona malikdir, Pa-de-Kale departamentində isə yeddi rayon mövcuddur. Mayotta isə heç bir rayona bölünməmişdir.
2016-cı il etibarilə Fransada 334 rayon mövcuddur.
Həmçinin bax
- Fransanın prefektura və suprefekturalarının siyahısı
- Fransa rayonlarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fransanın rayonları sözünün mənası, fransanın rayonları haqqında məlumat. fransanın rayonları nədir? fransanın rayonları nə deməkdir?